Litva höküməti xüsusi icazəni ləğv edib
Litva hakimiyyəti Rusiya Federasiyasının Kalininqrad vilayəti və Belarusla sərhəd zonasına daxil olmaq üçün xüsusi icazə almaq tələbini ləğv edib. Bu barədə Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidməti məlumat yayıb.
Paralel.az həmin məlumata əsasən xəbər verir ki, sərhəd zonasına dövlət sərhədindən 5 km ərazi daxildir. Kalininqrad vilayəti ilə həmsərhəd olan Vilkavişki, Pagegiai, Taurage, Shakiai, Silutsky, Yurbarksky rayonlarına və Kuronian Spit üzərində yerləşən Nerinqa bələdiyyəsinə səfər etmək üçün artıq icazə tələb olunmayacaq.
Şahnaz