Qərb Paşinyanın yerinə yeni namizəd axtarır - "B planı" işə düşüb

Qərb Paşinyanın yerinə yeni namizəd axtarır - 
 

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması, Qərb üçün əsas məsələlərdən birinə çevrilib və onun yerinə namizəd axtarılır.

Paralel.az xəbər verir ki, bu barədə erməni nəşri "Past" məlumat yayıb.

Bildirilir ki, Ermənistanla Azərbaycan, xüsusən də Qərb ölkələri arasında mümkün razılaşmada maraqlı olan mərkəzlər sülh müqaviləsi imzalandıqdan sonra Paşinyanın hakimiyyətdə qalmasının ciddi problem olacağını başa düşürlər.

“Qərb anlayır ki, sülh sazişi imzalandıqdan sonra Paşinyanın hakimiyyətdə qalması yersizdir. Buna görə də onlar “B planı” üzərində işləyirlər. Artıq prezidentliyə bir neçə mümkün qərbyönlü namizəd müzakirə olunur. Yeri gəlmişkən, namizədlər arasında Paşinyan komandasının bəzi nümayəndələrinin, eləcə də hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların olduğu barədə məlumatlar var”, - məqalədə deyilir.

Nəşr qeyd edir ki, Moskvada bu məsələ ilə bağlı müzakirələr gedir.

Şahnaz

0.021222114562988