Türkiyə Yunanıstanı öz qaranlıq tarixləri ilə üzləşməyə dəvət edib

Türkiyə Yunanıstanı öz qaranlıq tarixləri ilə üzləşməyə dəvət edib
 

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanı türk düşmənçiliyindən qaynaqlanan isterikadan qurtulmağa və öz qaranlıq tarixi ilə üzləşməyə dəvət edib.

"Paralel.az" xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında bildirilib.

“1919-cu il mayın 19-u Ulu Öndərimiz, Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə bir xalqın yaşamaq uğrunda mübarizəyə başladığı mübarək bir tarixdir.

Bu bənzərsiz azadlıq mübarizəsi, dövrün imperialist güclərinin dəstəyi ilə Anadolunu işğal etməyə cəhd edən Yunanıstanın heç vaxt unutmamalı olduğu bir dərs olaraq tarixdə yerini almışdır.

Aldatma, təhrif, uydurma, yalan və həqiqəti tərsinə çevirmək kimi vasitələrdən istifadə etməyə davam edən siyasətçiləri türk düşmənçiliyindən qaynaqlanan isterikadan qurtularaq öz qaranlıq tarixləri ilə üz-üzə gəlməyə dəvət edirik.

Biz Yunanıstana təxribatçı hərəkətlərini davam etdirmək əvəzinə sülh və əməkdaşlıq mühiti yaratmağı tövsiyə edirik”,- deyə bildirilib.

 

0.03724193572998