Tiflisə Rusiya təyyarəsi enişi etirazlarla qarşılandı - VİDEO
Bununla əlaqədar Daxili İşlər Nazirliyi hava limanına yaxın ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Etirazçıların hava limanının gəliş terminalına daxil olmasına icazə verilmir. Onların əllərində Gürcüstan, Ukrayna və Avropa İttifaqının plakatları və bayraqları var.
“Biz göstərəcəyik ki, Gürcüstanda heç kim Rusiya təyyarələrindən razı deyil və onları etirazla qarşılayırlar”, - deyə hava limanı yaxınlığında keçirilən mitinqin təşkilatçılarından biri, müxalif Droa partiyasının lideri Elene Xoştariya bildirib. O, tərəfdarlarını Tbilisinin mərkəzindəki Respublika meydanına toplayıb və oradan maşınlar kolonnasında hava limanına gediblər. Hava limanına yaxın ərazidə onları Gürcüstan və Rusiya arasında birbaşa uçuşlara etiraz edən digər etirazçılar qarşılayıb.
Rusiya prezidenti Vladimir Putin mayın 10-da Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərə qoyulan qadağanı aradan qaldıran fərman imzalayıb. Gürcüstan hökməti bildirib ki, uçuşların bərpasını alqışlayırlar, çünki bu, Rusiyada yaşayan və vaxtaşırı vətənlərinə səfər edən yüz minlərlə gürcüyə fayda verəcək.