Hazırda biz İsveçə hazır deyilik - Rəcəb Tayyib Ərdoğan
“Biz Qərbin etdiyi kimi Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyimiz mərhələdə deyilik”.
"Paralel.az" xəbər verir ki, bunu CNN-ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Türkiyə indi Qərbin etdiyi kimi Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək mərhələsində deyil.
Hazırda biz İsveçə hazır deyilik. Çünki NATO ölkəsi terrorla mübarizəyə gəldikdə mövqe tutmalıdır”,- deyə o, Stokholmun NATO-ya üzvlük müraciəti ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
Ərdoğanın sözlərinə görə, Stokholm Türkiyədəki terror qruplaşmalarının İsveçdə, Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, İsveçin NATO üzvlüyünə müsbət baxıla bilməz.
Ş.Salehqızı