Məşhur batan gəmisi "Titanik" "Magellan" adlı bir şirkət tərəfindən rəqəmsal skan üsulu ilə çəkilib - VİDEO

Məşhur batan gəmisi
 

1912-ci ildə ilk səyahəti zamanı Atlantik okeanında aysberqə çırpılan dünyanın ən məşhur batan gəmisi "Titanik" "Magellan" adlı bir şirkət tərəfindən rəqəmsal skan üsulu ilə çəkilib.

Paralel.az BBC-yə istinadla xəbər verir ki, Atlantik okeanının 3800 metr dərinliyindəki dağıntının rəqəmsal olaraq skan edilmiş şəkilləri ən incə detallara qədər incələmək mümkün olub.

Gəmi haqqında yeni sənədli film hazırlayan "Atlantic Productions" üçün "Magellan" şirkətinin rəqəmsal skanla əldə etdiyi görüntülərlə "Titanik" ilk dəfə yaxından müşahidə edilib.

200 saatdan çox səylə qarış-qarış araşdırılan gəmidə dalğıclar gəminin bütün bucaqlarından 700 mindən çox fotosunu çəkərək 3D animasiya yaradıblar.

"Magellan" şirkəti bunun indiyə qədər həyata keçirilən ən böyük sualtı dərinləşdirmə layihəsi olduğunu açıqlayıb:

"Biz demək olar ki, 4000 metr dərinlikdə işlədik və dağıntılara zərər verməmək üçün heç nəyə toxunmadıq".

Qeyd edək ki, "Titanik gəmisinin aysberqə çırpılması nəticəsində 1500-dən çox insan həlak olub. Gəminin qalıqları yalnız 73 il 1985-ci ildə tapılıb.

 

0.016803026199341