Xaçmazda anasını qətlə yetirməkdə şübhəli bilinən şəxsin məhkəmə prosesi başlayıb

Xaçmazda anasını qətlə yetirməkdə şübhəli bilinən şəxsin məhkəmə prosesi başlayıb
 

Xaçmazda anasını balta ilə qətlə yetirməkdə şübhəli bilinən Ramiz Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Paralel.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmə baxış iclası iyunun 29-na təyin olunub.

Qeyd edək ki, hadisə Xaçmaz rayonunun Əzizli kəndində baş verib.

Kənd sakini Ramiz Sultanov anası Səmən Sultanovanı balta ilə qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri görülüb.

Ramiz Sultanov günün ikinci yarsında Xaçmaz şəhəri ərazisində tutulub.

Qeyd edək ki, R.Sultanov ruhi xəstədir.

0.017756938934326