Müsəlman ölkələrinin prezidentlərinin xalqdan oğurlayıb kəfərələrin bankına yığdığı milyardların taleyindən düz nəticə çıxaran yoxdur - Səxavət Əlisoy

Müsəlman ölkələrinin prezidentlərinin xalqdan oğurlayıb kəfərələrin bankına yığdığı milyardların taleyindən düz nəticə çıxaran yoxdur - Səxavət Əlisoy
 

İran şahı Məhəmməd Rza Pəhləvinin Qərb banklarında 100 milyard dollar pulu var idi.
İraq prezidenti Səddam Hüseyn də Qərb banklarında 50 miyard dollar (bəzi qaynaqlara görə 100 milyard) saxlayırdı.

Misir prezidenti Hüsnü Mübarək o banklara 75 milyard dollar qoymuşdu.
Liviya Prezidenti Qəddafi öldürüləndən sonra bəlli oldu ki, gavurların bankında 100 milyard dolları var...
Pəhləvi İrandan qaçdı. Səddamı İraqda gizləndiyi mağaradan çıxarıb asdılar.
Mübarəki məhkəməyə xərəkdə gətirirdilər.

Qəddafini linç etdilər.
Bunlar hər kəsə bəlli.
Bəs, o milyardların taleyi necə oldu?
Qərb onların əmanətlərini İran, İraq, Misir və Liviya xalqına qaytardımı?
O milyardların bir sentini belə qaytarmadılar.
20-30 il xalqı ac saxla, dövləti talan et, yığdıqlarını apar qoy Qərbin bankına.
Ki, Qərb o pulların sayəsində daha da qüdrətli olsun.
Cümlə müsəlman dünyasında durum eyni.
Türkmənbaşı Saparmurad Niyazovun, özbəkbaşı olmuş İslam Kərimovun ailə üzvlərinin Qərb banklarında adama 30 milyardı olub.

"Özbəkbaşı"nın qızı Gülnarə Kərimova İsveçrə bankında 3.5 milyard dollara sahib idi.
Oğurladıqlarını geri qaytarıb Özbəkistana qayıtmaq istədi.
Dedilər ki, 3.5 milyard dollar yox, 800 milyon dolların var.
Digər müsəlman ölkələrinin prezidentlərinin-kralların, şeyxlərin Qərb banklarında nə qədər pulu olar?
Şübhəsiz ki, üst-üstə toplansa trilyonlar ortaya çıxar.
Qərbin imperialist güclərinə güc qatan müsəlman dövlətlərinin öz dövlətini talan edən prezidentləri.

İnsanları it günündə yaşat, onlara heyvan kimi bax, öz büdcəni talan et, milyardlar topla, apar öz əlinlə Qərbin bankına qoy.
Onlar da sənin pullarının hesabına dünyaya ağalıq etsin.
85 milyonluq Almaniyanın 20 il başında dayanmış qadının işdən gedən zaman 5 milyon Avrosu olduğu ortaya çıxır.
5 milyonluq Türkmənistanda ata-oğul Berdımuhammedovların hərəsinin ən azı 50 milyard dolları aşkar olacaq.
Təbii ki, taxtdan düşdükdən sonra.
Orta ömür 70-80 il. Milyardları olan birini göstərin ki, 100-150 il yaşadı. Pul ölümsüz etmir! Yaxşı ki!
O zaman nədən, müsəlman dövlətlərinin başında dayananların böyük əksəriyyəti 50-100 milyard dollara sahib olur?

Nədən, Qəddafidən, Səddamdan, Mübarəkdən, Pəhləvidən ibrət götürülmür?
Sualın cavabını hər kəs bilir.
Düzənin dəyişməsinin mümkün olmayacağını isə, hər kəs qəbul edər...

0.072242975234985