Cəmil Həsənlinin kitabların oxuyun

Cəmil Həsənlinin kitabların oxuyun
 

Azərbaycanda Tarix İnstitutunun bütövlükdə görməli olduğu işi indi az qala bir nəfər görür. Burada epitet və mübaliğə axtarmaq ədalətli deyil. Burada fikrimcə bir az cəsarət var. Qırmızı ədalət. Sərt üslublu ədalət.

O müəllif ki, Azərbaycanın XIX əsrin əvvələrindəki Cumhuriyyət tarixinin əsas araşdırmaçısı sayılır.

O şəxs ki, Sovet sistemində Stalinzmin dəhşətlərinini tarixi kontekstini açır. Adı gələndə hələ də dizləri əsən yaşlı nəsli insan cəlladının tarixi rəzalətləri ilə üz-üzə buraxır.

O araşdırmaçı ki, ABŞ, İngiltərə də arxivlərindən yeni tapıntıları ilə geri dönüb, özünü qələmə həsr edib, tariximizin dərin köklərindən qiymətli tapıntılarla zənginləşdirir.

O maarifçi ki, keçmişin xronologiyası kimi xarakteriza edilən tarix elminin keçmişindən dərs alıb, gələcəyin konturlarını müəyyənləşdirməkdə mühüm işlər görür və millətimizin tarix şüurunu diri saxlayır.

O yaradıcı insan ki, kurort zonalarını gəzib, nəvələri ilə vaxt keçirməyin estetik zövqünü duymaq yerinə qələmə sayrılıb, yaza bilməsinə vaxtı çatmadığı tarixi məqamları və düşüncələrini sistemləşdirib gələcək nəslə ötürmək iradəsin ortaya qoyur.

Bir əsrin 2\3 hissəsini yaşayıb, 2-3 əsrlik tarixi yükü həmin zaman diliminə yerləşdirən Cəmil Həsənlinin kitabların oxuyun.

Məmməd Talıblı

"Paralel.az"

0.025581121444702