Nə üçün media tərəfsiz olmalıdır? -Çingiz Şahbazi

Nə üçün media tərəfsiz olmalıdır? -Çingiz Şahbazi
 

Türkiyədə keçirilən prezident seçkiləri, Azərbaycan media mənsublarına da öz təsirini göstərdi. Belə ki tərəf tutmaqda ittiham olunanlar var və yaxud da tərəf tutanlara qarşı irad tutanlara qarşı ittiham irəli sürənlər var və sairə. Əslində Azərbaycan mediasında baş verənlər elə dünyanın istənilən ölkəsində də eynilə baş verməkdədir. Məsələ burasındadır ki, bizim ölkədə media çox qarışıqdır. Hər hansı bir media qurumunun mövqeyi açıq şəkildə deyil. Hamı deyir ki, media tərəfsiz olmalıdır və sairə şablonlu cümlələr. Nə üçün media tərəfsiz olmalıdır? ABŞ-da və Avropa ölkələrində mətbuatın hamısı tərəfsizdir, məgər? Əksəriyyətinin siyasi və iqtisadi baxımdan tərəfi açıq şəkildə görünür. Bunu onlara irad tutan yoxdur. Sadəcə olaraq dövlət siyasətinə və maraqlarına faydalı olaraq , onlara ziyan vurmadan nədən olmasın ki? Bizim ölkəmizdə də Qərb mediasını təmsil edən, dəstəkləyən və həmçinin tənqid edən öz milli media qurumlarımız nə üçün olmasın? Düşünürəm ki, həmçinin Türkiyə və digər ölkələr və regionlara da şamil etmək olar. Hamı Ərdoğançı olmaqla və yaxud da müxalifətin namizədini dəstəkləməklə bir yaxşı nəticəyə varmaq mümkün deyil. Bütün görüşlərdə, düşüncələrdə bir fayda var, düşünürəm. Bu baxımdan mediamızın bütünlükdə görüş və mövqeyini məqbul hesab etmək lazımdır.

"Paralel.az" 

0.032341957092285