Berbokun təyyarəsi yenə xarab oldu

Berbokun təyyarəsi yenə xarab oldu
 

Almaniyanın xarici işlər naziri Annalena Berbokun təyyarəsində nasazlıq aşkarlanıb. Nəticədə onun Dohadan Berlinə planlaşdırılan uçuşu təxirə salınıb.

Xatırladaq ki, Berbokun Ərəbistan yarımadasına gəlişi də hökumət təyyarəsində nasazlıq aşkar edildikdən sonra gecikib.

Almaniyalı nazir Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bin Abdullah Al Səud ilə görüşdükdən sonra çərşənbə günü günorta Dohadan ölkəsniə uçmalı idi. Lakin təyyarənin nasazlığı səbəbindən alman nümayəndə heyəti dəniz kənarındakı hotelə qayıdıb.

 

0.041520833969116