Bu halda İrəvanla Bakı arasında sülh mümkündür - Alman politoloq

Bu halda İrəvanla Bakı arasında sülh mümkündür - Alman politoloq
 

Cənubi Qafqazda marağı olan xarici aktorlar öz geosiyasi məqsədləri üçün rəqabətə son qoymasa, o zaman sülh müqaviləsinin imzalanması belə, bölgədə sabitliyin təmin olunması sual altında qalacaq.

Paralel.az ” xəbər verir ki, bunu alman politoloqu Aleksandr Rar “news.am”a müsahibəsində deyib.

“Odur ki, hər şey xarici aktorlardan asılıdır. Çünki son 30 ildə Qarabağdakı münaqişə hadisələrin gedişinə təsir etmək istəyən və bölgədə öz təsirləri uğrunda mübarizə aparan xarici aktorlarla birbaşa əlaqəlidir.  Burada söhbət ABŞ, Türkiyə, Rusiya, Çin, Avropa İttifaqından gedir”, alman poliroloq qeyd edib

Ekspertin fikrincə, əgər xarici aktorlar Ermənistan-Azərbaycan münaqişəsindən öz geosiyasi məqsədləri üçün istifadə edərək bir-biri ilə rəqabəti dayandırsalar, o zaman,  münaqişənin həllində müsbət dönüşdən danışmaq olar. “Yox, xarici aktorlar geosiyasi oyunlarını davam etdirib və münaqişədən öz məqsədləri üçün istifadə edərək bir-birini bölgədən sıxışdırıb çıxarmağa başlasalar, bölgədə stabillik olmayacaq”, - o qeyd edib.

Ekspert hesab edir ki,  ən yaxşısı ABŞ, Aİ, Türkiyə, Rusiyanın iştirakı ilə beynəlxalq təşəbbüsə üstünlük verilməlidir: “Ancaq bu halda münaqişənin sona çatmasında uğur şansı daha yüksək olacaq”.

Mürtəza
Paralel.az

0.022688865661621