Yeniliklərə vaxtında reaksiya verməyəndə - Dos. İlham Əhmədov
İslam ölkələrində orta əsrlərə qədər elmin səviyyəsi öz dövrünə görə yüksək idi. 16-cı əsrdə kitab çapı texnologiyası yarandı. Qurani- kərimi yanlış anlayan Osmanlı dövründəki savadsız üləmalar, alimə yox, mürəkkəbə dəyər vermiş, karküzarlıq işlərini çap üsulu ilə yox, mürəkkəblə- əllə yazmaqla həyata keçirmək haqqında fərman imzalatmışlar. Bu fərman 18-ci əsrə qədər quvvədə qalmışdır. Nəticədə Osmanlı imperatorluğu, inkişaf etmiş Avropa qarşısında sürətlə zəifləmiş və sonda süquta uğramışdır.
İnformasiya inqilabı olan kitab çapı müsəlmanlar tərəfindən vaxtında düzgün qiymətləndirməməsi nəticəsində islam ölkələrində elm bir neçə əsr geri düşdü (bəlkə də əbədi).
Tarixdə növbəti belə səhvi Sovet İttifaqı etdi. Kibernetika elminin yaranmasının ilk illərində bu elm SSRİ-də qadağan edildi, 10 il kibernetikanın yalançı elm adlandırılması və ölkədə yayılması və inkişafının qadağan edilməsi SSRİ-ni, sonra da RF kibernetika, informatika və İKT və yüksək texnologiyalar sahəsində əbədi geriliyə atdı.
Belə bir səhvlıər bu günümüzdə də baş verir. Özü də bizim ölkəmizdə. Təhsil nazirliyinin son 25 ildə distant təhsilin potensialını vaxtına düzgün qiymətləndirə bilməməsi və onun ölkənin təhsil sistemində tətbiqinə qadağalar qoyması milli təhsilimizi onilliklərlə geri atdı, bəlkə də əbədi.
Bu gün dünyada sürətli rəqəmsallaşma prosesləri gedir. Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı təhsilin də rəqəmsallaşmasını tələb edir. Lakin təhsil sistemimiz bu sahədə lazım olan təbdirlərin çox az hissəsini, özü də keyfiyyətsiz icra edib. Bu səbəbdən hələ də əksər universitelərimizdə uzun illər ərzində informatlaşma məsələləri, bu gün isə rəqəmsallaşma məsələləri həll edilməyib.
Dünyada təhsilin rəqəmsallaşması sahəsində hələlik 2 ssenarisi mövcuddur:
1) Ənənəvi təhsildən tamamilə imtina.
2) Təhsil prosesini rəqəmsallaşdıraraq zənginləşdirmək.
1-ci ssenari ziyanlıdır (bunun əsas tərəfdarı İlon Maskdır). 2-ci ssenari daha perspektivli və əhəmiyyətli görünür. Prosesin ümumən necə gedəcəyi zamanla bilinəcək.
Bizim təhsil sistemi isə deyəsən hələlik 1-ci istiqamətə üstünlük verir, yəni ənənəvi təhsildən və islahatlardan imtina ( artıq 25 ildir), amma başqa alternativ variantları da yoxdur. Ənənəvi təhsili dağıdıb, əvəzində yenisini yaratmamaq isə dağıdıcı innovasiyadır. Bizim menecerlər bunu yaxşı bacarırlar.
"Paralel.az"