Mixail Pavloviç Matveyevin həbsinə səbəb olan məlumatı paylaşan kəslərə mükafat verəcək

Mixail Pavloviç Matveyevin həbsinə səbəb olan məlumatı paylaşan kəslərə mükafat verəcək
 

Paralel.az “Cnn.com”a istinadla xəbər verir ki, ABŞ hüquq-mühafizə orqanlarını biznesləri və internet infrastrukturunu hədəf alan rusiyalı haker Mixail Pavloviç Matveyevin həbsinə səbəb olan məlumatı paylaşan kəslərə mükafat verəcək.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyi açıqlama verib.

Bildirilir ki, bu işdə köməklik göstərən şəxslərə 10 milyon dollar (təx. 17 milyon AZN) mükafat veriləcək.

ABŞ Ədliyyə Nazirliyi Kolumbiya və Nyu Cersidə Mixailə qarşı iki ittiham aktı ortaya çıxarıb.

Rusiyanın kibercinayətkarlar üçün ən təhlükəsiz yer olduğu, həmçinin ABŞ-nin müttəfiqlərinə də kiberhücumlar etdiyi bildirilir.

Qeyd edək ki, haker Mixail qurbanlarından 400 milyon dollar tələb edən və 200 milyon dollara yaxın fidyə alan üç haker dəstəsinin fəal üzvü olaraq tanınır.

Ş. Salehqızı

 

0.012223958969116