Afaq Bəşirqızı: "Rejissorlar tamahkardır, haramlıqda heç vaxt bərəkət yoxdur!" - VİDEO

Afaq Bəşirqızı:
 

Xalq artisti Afaq Bəşirqızı hazırda film sektorunda fəaliyyət göstərən rejissorlardan danışıb.

"Paralel.az" xəbər verir ki, bu barədə “Maqazin plus”a açıqlama verən aktrisa onların işindən narazılıq edib. Bəşirqızı rejissorları aktyorlara verilən qonorarları mənimsəməkdə ittiham edib.

Keçmiş dövrlə indiki dövrü müqayisə edən Xalq artisti indi rejissoroların aktyorların işinə daha da mane olduğunu və qonorarlarını az ödədiklərini bildirib:

“Filmlərin zəifliyi rejissorların tamahkarlığındandır. Bilirsiniz ki, hazırda sponsor tapılmadan film çəkilmir. Rejissor da fikirlərşir ki, görəsən mən bu filmdən sonra tikililərdən birində bütöv mərtəbəni özümə götürə biləcəyəm ya yox... Aktrisa filmə çəkilib onun müqabilində pul almalıdır. Amma rejissorlar onların pulunu kəsirlər. Bu hansı vicdana sığır? Sonra da deyirlər ki, görəsən niyə mənim filmim uğur qazanmadı? Haramlıqda heç vaxt bərəkət olmur!”
Ətraflı videoda:

0.026141881942749