Qarabağ əlili Heydər Əliyev fondundan vəkilin haqqını ödəməyə yardım istəyib

Qarabağ əlili Heydər Əliyev fondundan vəkilin haqqını ödəməyə yardım istəyib
 

Pərviz Hüseynov , Şərafət Məmmədova və Cahangir Yusifov üçlüyü Konstitusiyaya qarşı

1-ci dərəcəli Qarabağ əlili kimi pensiyamın düzgün hesablanmamasından məhkəməyə müraciət etmək hüququma da qadağa qoyulub. Son xidmət yerim olan DİN Daxili Qoşunları və Maliyyə Plan İdarəsi mənə nə işdənçıxarmapulu, nə geyim əşya kompensasiyası, nə məzuniyyət, ezamiyyət pulu, nə sığorta ödənişi, nə sanatoriya yollayışıəvəzində kompensasiya verib, nə rütbəm artıb, nə vəzifəm düzgün qeyd edilib, nə xidmət ilim düzgünhesablanıb, nə mənzil təminatı və digər güzəştlər tətbiqedilib. Xidmətim döyüşlərdə keçsə də, tabur komandiri olanda ağır yaralansam da ,mənə olmayan kimya müdafiəbölüyünün komandir müavini vəzifəsi yazılıb və bu səbəbdən aldığım pensiya tabeliyimdə olanlardan üç dəfəazdır . Məhkəməyə müraciət etməyə isə iddia müddətini ötürmək bəhanəsilə qadağa qoyulub. Halbuki əmək, pensiya təminatı hüququna iddia müddəti tətbiq edilmir , bu barədə Konstitusiya Məhkəməsinin qərarı da var. DİN MPİ isə 2006-cı ilə kimi qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 15v və 23b maddələrinə əsasən pensiyama minimum pensiyanın uyğun olaraq 300 və 100 faizi həcmində əlavəni hesablamayıb, 58-ci maddə əsasında dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar pensiyamı yenidən hesablamayıb.

Özbaşınalıqdan Prezidentə şikayət etdiyimə görə, 1-ci dərəcəli Qarabağ əlilindən Nizami məhkəməsi vasitəsilə Daxili Qoşunlar Baş İdarəsinin şərəf və ləyaqətinin müdafiəsi” adına 30 milyon manat tələb edilir. Daxili Qoşunlar hələ də qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığı, işə mahiyyəti üzrə baxılmasına imkan vermədiyi halda, qanunsuzluqlara məhkəmə qaydasında hüquqi qiymət verildiyini bildirməkdən doymur. Üç gün öncə DQ-nin müavini İnqilab Muradov bir cümləlik cavabını yenidən diqqətə çatdırıb . Bəyəm hüquq orqanı bilmir ki, iddianın mümkün sayılmaması iddiaya mahiyyəti üzrə baxılmasınaimkan vermir? ! 

Pensiyam 2006-cı ildə DSMF-ə keçəndə “Əmək pensiyaları haqqında” qanunun 26.1-ci maddəsinə zidd olaraq pensiyamdan toplam 45, 10 manat tutulub. Halbuki 26.1-ci maddə əvvəllər təyin olunmuş pensiyanın ümumi məbləği  ( bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə ) ümumi məbləği dəyişdirilmədən şərti çevrilməsini doğrulayır. Bunu Maliyyə Nazirliyi 19.01.2017 tarixli məktubla bildirsə də, yenə də kəsilən 45 manat bərpa olunmur. “Əmək pensiyaları haqqında” qanunun 19.1.4 maddəsinə görə, 1-ci dərəcəli əlillərə qulluğa görə verilməli 11 manat müavinət də pensiyama əlavə olunmayıb. 2019-cu ilin aprelindən bu maddə ləğv edilib və 1-ci dərəcəli əlilə qulluq edən şəxsə 50 manatlıq Prezident təqaüdü ilə əvəz olunub, hazırda təqaüdün məbləği 100 manat təşkil edir. 2006-cı ildən 2019-cu ilin aprelinə kimi verilməyən 11 manat hesablanmalıdır, lakin hesablanmır. Nazirlər Kabinetinin 08.01.2013 tarixli 2 saylı qərarı ilə hərbi qulluqçuların ərzaq payı norması ikiqat artırılıb və hazırda 200 manat civarında müəyyən olunub. Amma Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bu əlavəni hesablamır ki, hərbi qurum etməlidir. Hərbi qurum isə bunu DSMF-in etməli olduğunu bildirir. Prezidentin 23.12.2021 tarixli 1525 saylı fərmanı ilə hərbi qulluqçuların vəzifə maaşlarına aylıq 20 faizlik əlavə müəyyən olunub və “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə əsasən qulluq stajına görə pensiya alanların tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı ( əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, pensiya həmin artıma uyğun olaraq yenidən hesablanmalıdır. Hesablanmır və hazırda bu hesablanmamanı 13.05.2022-ci il tarixli qanun dəyişikliyi ilə bağlı 29.2 maddəsinin ləğvi ilə izah edirlər. Halbuki Konstitusiyanın 149-cu maddəsinə görə, qanunun geriyə qüvvəsi yoxdur, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. 2022-ci tarixli qanunun 2021-ci tarixli akta şamil edilməsi yolverilməzdir. Mənə ən aşağı xidmət ilinə -güzəştlə 4,5 il – faiz əlavəsi də 2-5 il arası xidmət ilinə uyğun 10 faizlə yox, 5 faizlə, özü də 1993-dən yox, 2007-ci ildən hesablanır. DİN təqvimi xidmət illərinin əsas götürüldüyünü bildirir. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun 27.03.2014 tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Qərarında qəti doğrulanıb ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə pensiya təyin olunmuş şəxslərə xidmətin güzəştli hissəsi tətbiq edilməlidir.

Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun bir ildən sonra Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi iddianın mümkün sayılmaması haqqında qərardadından şikayətin kökündə duran tələblər bunlardır. Baxın, məhkəmənin Konstitusiya aktı kimi tətbiq etdiyi 15.02.2019 tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında qərardad hətta bu tarixdən sonra 2019-cu ilin aprelində, 23.12. 2021-ci ildə qəbul edilən Prezidentin aktlarını da “mümkün saymır”. (?)

Bakı Apellyasiya Məhkəməsinin sədri Pərviz Hüseynov olan,  Şərafət Məmmədova və Cahangir Yusifovdan ibarət heyəti 12.04.2023 tarixli mümkünlük iclasında apellyasiya şikayətinə baxılmasını 17 may 2023-cü ilə təyin edib. Bu heyətin 1-ci dərəcəli Qarabağ qazisinə Konstitusiyaya qarşı çıxaraq qərəzlə dövlət hesabına  vəkil ayrılmasından imtina etməsi qazinin ali dövlət hakimiyyəti orqanlarına, VK-nın sədrinə müraciət etməsi ilə sonuclanıb. Hələ də vəkil ayrılmasından soraq yoxdur .

Heydər Əliyev fonduna müraciətə anında telefon bağlantısı qurmaqla cavab verilib və ilkin olaraq cavabdeh qurumlara sorğu göndəriləcəyi deyilib. 1-ci dərəcəli Qarabağ əlilinin yeganə istəyi isə məhkəmə təminatı hüququna qadağanın aradan qaldırılması, dövlət hesabına peşəkar vəkillə təminatdır. Məhkəmə, vəkil qurumu dövlət hesabına hüquqi yardımdan imtina edirsə, yatağa məhkum olunmuş 1-ci dərəcəli Qarabağ qazisinin Heydər Əliyev Fondundan vəkilin haqqını ödəməyə yardım istəməsi anlaşılandır.  

...17 may 2023-cü ilə təyin olunmuş iclasın , məhkəmə tərkibinə etiraza baxılmasına Heydər Əliyev Fondunun hüquqi yardımına kimi ertələnməsinə ərizə verilib. Baxan olsa. ..

 

Məğrur Bədəlsoy

0.029773950576782