“Bakının” Təl-Əvivdəki səfirinin "anti-İran" açıqlamaları” -  İran mediası

“Bakının” Təl-Əvivdəki səfirinin
 

“Bakının” Təl-Əvivdəki səfirinin "anti-İran" açıqlamaları” -  İran mediası

"Paralel.az"-ın məlumatına görə, “Mashregh News” saytı yazır ki, Azərbaycanın “işğal olunmuş Fələstindəki” ilk səfiri “sionist rejimin” mediasına müsahibəsində ölkəsinin Təl-Əvivlə münasibətlərin inkişafı və İranla diplomatik əlaqələrin zəifləməsindən danışıb.

Səfir Muxtar Məmmədov “GNS” saytına verdiyi müsahibədə Azərbaycanın bu ilin mart ayında “işğal olunmuş Fələstində” ilk səfirliyinin açılmasını ikitərəfli münasibətlərin çiçəklənməsinin və Bakı-Tehran əlaqələrinin azalmasının əlaməti kimi qeyd edib.

Bakı ilə İran arasında diplomatik əlaqələrə toxunan səfir deyib: “İranla münasibətlərimiz tarixdə ən aşağı səviyyədədir, lakin biz bütün qonşularımızla sabit əlaqələrin tərəfdarıyıq...”.

Dəniz

0.017513036727905