Düşündürən məsələ - Fərhad Əsgərov

Düşündürən məsələ - Fərhad Əsgərov
 

Hələ neçə illər bundan əvvəl redaksiyaya daxil olan şikayət məktublarını araşdırmaq üçün müxtəlif müəssisələrdə olmuşam. Şikayətlərin mövzusu əsasən məmur özbaşınalığından, qanunusuz işlərdən, məmurun işçisi üçün “torba” tikməsindən olardı. Şikayət məktublarında göstərilən faktları araşdırarkən məlum olardı ki, günahkar elə məmurun özüdür. Sadəcə olaraq müəssisədə hansı işçi düzgün danışırsa, müəssisə rəhbərinin qanunsuz işlərini görüb susmursa, müəssisə rəhbəri tərəfindən cəzalandırılır.

Bir sözlə, müəssisəyə təyin olunan bəzi müdirlərdə arxayınçılıq hissi yaradıldığından, onlar (kimlərəsə güvəndiklərindən) qorxmadan, çəkinmədən özlərinin düşündükləri qanunsuzluqları həyata keçirirlər.
Bəzən elə idarə müdirlərinə rast gəlmişəm ki, üzlərindən alicənablıq, səmimiyyət yağır. Lakin iç dünyalarına daxil olduqda məlum olur ki, həmin insan işçilər arasında qarşıdurma yaradır, gizli surətdə ədalətli, məsuliyyətli işçini incidir, fitvaya gedir və yaxud fitva verir, bir sözlə, istədiyinə nail olmaqdan ötrü min bir oyundan çıxır.
Müəssisələrdə ədalətli, düz və obyektiv danışan şəxsləri təhlükəli adam kimi qiymətləndirirlər.

Ancaq gizli surətdə iş vuran, fitva verən və fitvaya gedən, hər cür alçaqlıqlara əl atan şəxslər isə alicənab insan kimi tanınır.
Düşünürəm ki, kim olursansa-ol, insanın düşüncəsi təmiz, pak olmalıdır.
"Paralel.az"

0.023575067520142