Prezident, seçki və inkişaf - Məmməd Talıblı

Prezident, seçki və inkişaf - Məmməd Talıblı
 

Ərdoğan seçilməsə, Türkiyə batacaq, Azərbaycan ən yaxın qardaş ölkə dəstəyindən məhrum ola bilər s. kimi doqmalaşmış düşüncələr çox populyardır.

Ərdoğan 20 ildən çoxdur ölkəyə başçılıq edir. Seçki nəticələri göstəridi ki, cəmiyyət onu birmənalı dəyişməyə cəsarət etmir. Deməli Türkiyə cəmiyyəti daha çox müfahizəkar cəmiyyətdir.
Dəyişiklərin idarəedilməsi üçün siyasi açılımlara risk etmir.

Bir nümunə deyim. İsveçrə 175 ildə 175 prezident dəyişib. İqtisadi göstəricilərinə baxın. Dünyanın ən güclü rifah dövlətlərindən biridir.

Gəldi-gedər prezidentlər sistemin dayanıqlı olmasını əngəlləyə bilmir. Bu ölkədə seçicilərin iştirak payı hətta 50 faizə çatmır.
Türkiyədə seçicilərin seçkilərdə iştirak payı isə 94 faiz civarında oldu.

Çıxarılan dərslər:

• Sabit inkişaf platforması müəyyənləşdirən dövlətlərdə prezidentlərin dəyişməsi simvolik məzmun daşıyır;

• Sistemə dayalı işlək mexanizmlər effektiv olanda cəmiyyət ölkə rəhbərlərinin dəyişməsindən qorxmurlar;

• Sistemin tarazlı halda işləməsi vətəndaşların sistemə etibarını artırdığı üçün seçkinin taleyüklü olması az əhəmiyyət daşıyır;

• Türkiyə ona görə buna taleyüklü bir strateji seçim kimi baxır ki, təkadamlıq sistem müvazinətini tamamilə itirə bilər və cəmiyyət bundan zərər görər;

• Türkiyədə səsvermə hüququ olan hər 100 nəfərdən 94 nəfəri sandıq başında olmağı (demokratiyanın əlaməti) ona görə zəruri hesab edir ki, ən yaxşı namizədə sahib çıxmasa talelərinin qədəri dəyişə bilər;

"Paralel.az"

0.015078067779541