Qazaxıstanda yaşayan Türkiyə vətəndaşları Qılıcdaroğluna səs verib
Dünən Türkiyədə prezident seçkiləri keçirilib. İlkin məlumatlara görə, Qazaxıstanda yaşayan Türkiyə vətəndaşları daha çox müxalifətin namizədi Kamal Kılıçdaroğluna səs verib.
Qazaxıstanda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 44,38 faiz, Kılıçdaroğlu 48,86 faiz, Sinan Oğan isə 5,05 faiz səs toplayıb.
Maraqlıdır ki, eyni mənzərə qonşu Rusiyada da inkişaf edib. Türkiyədə Rusiya Federasiyasının seçki məntəqələrində səs verən vətəndaşların əksəriyyəti Kılıçdaroğluna səs verib.
Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələri hələlik rəsmən açıqlanmayıb. Namizədlərdən heç biri 50 faiz səs toplaya bilməsə, o zaman seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.
Şahnaz