Vuçiç istefa verəcəyini açıqladı

Vuçiç istefa verəcəyini açıqladı
 

Serbiya prezidenti Aleksandr Vuçiç yaxın günlərdə hakim Tərəqqi Partiyasının sədri vəzifəsini tərk edəcəyini açıqlayıb.

Paralel.az xəbər verir ki, Vuçiç istefası və digər qərarlarını mayın 27-də partiyanın növbədənkənar toplantısında rəsmən elan edəcək.

“Bir neçə gündən sonra mən daha heç bir siyasi partiyanın sədri olmayacağam. Mən bunu böyük iclasda izah edəcəyəm”, - o bildirib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Aleksandar Vuçiç daha gənc namizədin lehinə partiya sədri vəzifəsindən getməyi planlaşdırdığını bildirib. O, 2012-ci ildən Tərəqqi Partiyasına rəhbərlik edir, 2017-ci ildən isə prezidentdir. 2014-2017-ci illərdə Serbiyanın baş naziri vəzifəsində çalışıb.

0.011601209640503