Məzmunu fərarilik etmiş formal dissertasiyaların təmtəraqlı dəfn mərasimi... - Professor 

Məzmunu fərarilik etmiş formal dissertasiyaların təmtəraqlı dəfn mərasimi... - Professor 
 

 MƏZMUNU FƏRARİLİK ETMİŞ FORMAL DİSSERTASİYALARIN TƏMTƏRAQLI DƏFN MƏRASİMİ VƏ YAŞANAN ESKUMASİYA HƏYƏCANI

Professor İdris Abbasov

Təklif: Elmi dərəcə və ada görə verilən imtiyazlar ləğv olunsun! Bunu əsaslandırmaq üçün kifayət qədər dəlillər var. Alimçiliyi ayaqda tutan həmin imtiyazların dövlətə və cəmiyyətə vurduğu ziyanın miqyası üzərində iqtisadi-siyasi, sosial, əxlaqi, mənəvi-psixoloji təhlillər aparılsa, ziyanın ağlasığmazlığından adam dəli olar.
Qanlı pul, saxta nüfuz, vəzifə qazanmaq, dəstə və şəbəkə maraqlarına xidmət məqsədilə deyil, prinsipcə, elmi-mənəvi mühiti korlayan, inkişafa əngəl olan alimizm həqiqətlərini, onun intəhasız zərərlərini görüb bildiyim qədər faş etmək üçün mənim də elmi ad və dərəcə diplomlarım var.
O diplomlara arxayın olub havayı qazanc əldə edənlər, vəzifə tutub ictimai tarazlığı pozanlar, ölkənin gələcəyini xar edənlər ifşa olunmalıdırlar!
Vacib qeyd. Guya "qara" rəyçi, "əlahiddə, gözəgörünməz" resenziyaçı, "inoplanet" məşvərətçilər tərəfindən resenziyalaş-dırılan, fəqət dost-tanış duzu və digər cib nemətləri ilə duzlanmış, dadlandırılmış, qızdırbasdıya salınıb gurultulu təriflərin müşayiəti ilə kitabxanalara göndərilən və dəfn olunduğu düşünülən dissertasiyalar eskumasiya olunanda, dəstə maraqlarına güvənib dövlətdən, qanundan, haqdan, ədalətdən cüda düşən, məzmuna dəxli olmayan formaya imza atıb "alimləşdirən" və ölkənin gələcəyini rəncidə edən vəzifə sui-istifadəçiləri xilas olmağa çalışmaq üçün, görəsən, hansı oyunu oynayacaqlar?!

"Paralel.az"

 

0.017319917678833