Marqarita Simonyan Ukrayna müharibəsinə pul yığır?

Marqarita Simonyan Ukrayna müharibəsinə pul yığır?
 

Marqarita Simonyan Ukrayna müharibəsinə pul yığır?

"Paralel.az" xəbər verir ki, Permdə müharibəyə avadanlıq almaq üçün Marqarita Simonyanın adından pul yığan üç şübhəli şəxs saxlanılıb.

Permdə polis dələduzluqda şübhəli bilinən üç şəxsi saxlayıb. Onlar guya RT-nin baş redaktoru Marqarita Simonyanın tapşırığı ilə Rusiya hərbçilərinə kömək etmək üçün pul yığırmışlar,  - bu barədə Daxili İşlər Nazirliyi bildirir.

Nazirliyin məlumatına görə, məhbuslar bir neçə teleqram kanalı yaradıblar və orada Ukraynanın işğalında iştirak edən Rusiya hərbçiləri üçün avadanlıqların alınmasının zəruriliyi barədə mesajlar dərc ediblər. İdarədən bildirilib ki, abunəçilərdən könüllülərə məxsus olduğu iddia edilən bank kartlarına pul köçürmələri tələb olunub, bundan sonra yığılan vəsait oğurlanıb.

Simonyan özü Telegram kanallarından polisə şikayət edib. “Biz [pulu] təqribən 150 min abunəçisi olan “Marqarita Simonyanın rəyi” adlı saxta Telegram kanalında topladıq" - saxlanılanlar deyib.

İstintaqın məlumatına görə, fırıldaqçılara birdəfəlik köçürmələrin məbləği 20 min rubla çatıb, son bir ay yarım ərzində saxlanılanların hesabları üzrə dövriyyə isə yeddi milyon rubl təşkil edib.

Saxlanılan şəxslərə qarşı dələduzluq (CM-nin 159-cu maddəsinin 2-ci hissəsi) ilə cinayət işi başlanıb. İş üzrə bütün təqsirləndirilən şəxslərin ölkəni tərk etməmələri barədə yazılı öhdəlik şəklində həbs-qətimkan tədbiri seçilib.
Dəniz Nəsirli

0.016252994537354