Türkiyədə atışma olub, ölən və xəsarət alanlar var

Türkiyədə atışma olub, ölən və xəsarət alanlar var
 

Türkiyənin İzmir şəhərinin Menderes rayonundakı çay evlərindən birində baş verən silahlı insident zamanı 5 nəfər ölüb, yaralananlar var.

Paralel.az ” xəbər verir ki, münaqişəyə borc pul məsələsi səbəb olub. Hər iki tərəfin silahdan istifadə etdiyi davada daha 2 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.(Report)

0.016408920288086