ABŞ səfiri: "Heç kim Putinin gürcü sərnişinlərinin qayğısına qaldığına inanmır"

ABŞ səfiri:
 

Mən əminəm ki, heç kim Putinin gürcü sərnişinlərinin qayğısına qaldığına inanmır.

Paralel.az xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurunalistlərə açıqlamasında Rusiyanın birbaşa aviareysləri bərpa etməsinə və viza rejimini ləğv etməsinə münasibət bildirərkən deyib.

“Putinin bu addımı niyə indi atması sual doğurur. Əminəm ki, heç kim onun gürcü sərnişinlərinin qayğısına qaldığına inanmır. Biz bəzi hallarda Putinin hansısa ölkədə rusiyalıların mövcudluğundan ona müdaxilə etmək üçün istifadə etdiyini görmüşük. Düşünürəm ki, bir çox gürcü ötən il gələn yüz minlərlə rusiyalının Gürcüstandakı varlığından narahatdır. İndi isə biz Rusiya turizm agentliyindən eşidirik ki, növbəti bir milyon nəfər birbaşa uçuşlarla gələ bilər. Düşünürəm ki, cənab Putin gürcülərin qayğısına qaldığını göstərmək istəyirsə o, Rusiya qoşunlarını Abxaziya və Sxinvalidən çəkməli, 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərini yerinə yetirməli, Rusiyanın Abxaziya və Sxinvalini tanımasını ləğv etməlidir. Bu gürcülərin təqdir etdiyi bir işarə olardı. Bu o ölkədir ki, Gürcüstanı 2008-ci ildə işğal edib, 1989-cu ildə onun müstəqilliyini məhv etmək istəyib, 1978-ci ildə gürcü dilini əzmək istəyib və ölkədəki gürcü kilsələrini əsrlər boyunca təhqir edib. 15 il əvvəl Gürcüstanda etdiklərini indi Ukraynada edən qanlı rejimin bu jestini qəbul etmək qəribə görünür”, - ABŞ səfiri deyib.

0.013926029205322