ABŞ Ukraynaya yeni yardım paketi ayırdı
ABŞ Ukraynaya yeni yardım paketi ayırdı
"Paralel.az" xəbər verir ki, Pentaqon Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqladı.
Bu, yardım USAI (Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü) çərçivəsində veriləcək. Yəni bu yardım Müdafiə Nazirliyinin ehtiyatlarından deyil, müəssisələrdən və ya tərəfdaşlardan satınalmalar vasitəsilə əldə edilmiş vəsaitlər hesabına ödəniləcək.
Pentaqon qeyd edib ki, bu, Ukraynaya yardım göstərmək üçün “müqavilə prosesinin başlanması” deməkdir. Ukrayna qısa müddətdə həm “kritik” silahlar, həm də uzunmüddətli perspektivdə silahlı qüvvələrinin potensialını artırmaq imkanları əldə edəcək.
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə hava hücumundan müdafiə vasitələri və döyüş sursatları, 155 mm-lik artilleriya mərmiləri və pilotsuz uçuş aparatlarına qarşı mərmilər daxildir. Bu, ABŞ-ın may ayında ayırdığı ikinci yardım paketidir.
Akif Nəsirli