Professor Vüqar İsmayılov yazır...

Professor Vüqar İsmayılov yazır...
 

Bir müddət əvvəl MDPI nəşriyyatının misalında pullu jurnallar haqqında status paylaşmışdım. Bu status birmənalı qarşılanmamışdı. Çünki ölkəmizdə 1000 dollarlarla pul verib xaricdə məqalə çap etdirən və ya pullu jurnallardan başqa cür yararlanan alimlər olduqca çoxdur.
İndi həmin fikri bir daha vurğulayıram. Pullu jurnalların çox böyük əksəriyyəti yırtıcı jurnallardır. Onlardan uzaq durmaq lazımdır.

Bu yaxınlarda "Hindawi Wileyin" də bir çox pullu jurnalları ifşa edilmişdir. Yəqin ki, həmin jurnallara pul ödəyib məqalə çap etdirənlər artıq bunu etməyəcəklər.
Əlaqədar elm və təhsil qurumları tərəfindən pullu jurnallardakı məqalələrə "yox" deyilərsə, bu yalnız keyfiyyətli elmi işlərin artmasına gətirər. Amma bizdəki gedişlə çətin bunu edələr. Bəs 100 minlərlə manat qrant alanlar gözdən pərdə asmaq üçün məqalələrini hansı impakt faktorlu jurnallarda çap etdirsinlər?! 

Pulu aşıb daşan vəzifəlilər və onların qohumları alimlik dərəcəsini və titulları almaq üçün məqalələrini hansı jurnallara göndərsinlər? 

"Paralel.az"

 

0.032220125198364