Ehmallı dilənçi 

Ehmallı dilənçi 
 

İstehzanın islahedici qüvvəsi 

Atalarımızın dediyi kimi, insan yer üzünün bəzəyi, gor evinin zinətidir. Susuz dəniz, səmasız torpaq olmadığı kimi, insansız da yer üzünün yaraşığı olmazdı, deyirlər.  Hətta materiyanın mövcudluğunu canlılar arasında daha çox dolğunluğu ilə duyan da elə məhz, insanmış. 

Amma bu qədər keyfiyyətə sahib varlığın özünüdərki bəzən hansısa səbəbdən, nədənsə gecikir, gecikdikcə həyata, insanlığa, cəmiyyətə zərərli olur...

Maraqlısı budur ki, yanlışlıqlara yol verən elə insanın özüdü, onun aradan qaldırılması üçün çaba göstərən . Biri digərinin qüsurlarını düzəltməklə təyinatlı, hökmlüdü. Təzadlıdı, deyilmi?

Məncə rəhmətlik Qasım bəy Zakir elə məhz bu cür təyinatlılardan idi. Əslində Onun haqqında keçmiş zamanda yazmağa heç əlim gəlmir. Ona görə ki, yaradıcılığı bütün dövrlər üçün aktualdı. Belə bir şəxsiyyət haqqında keçmişdə danışmaq çox çətindi. Hara baxırsan elə bilirsən ordadı, yaxınındadı, çünki hər an, hər yerdə əsrlər əvvəl deyilmiş, yazılmış sözlərinin, fikirlərinin izini görmək olur. Heyif ki, indilikdə bu mütəfəkkirin yaradıcılığından çox da geniş, Ona layiq şəkildə  bəhs edə bilməyəcəm, çünki başqa məsələyə köklənmişəm. Dediyim kimi, sadəcə günümüzün reallıqlarını öz dövründən ta günümüzədək görürmüş kimi  əks etdirdiyindən, məsəl çəkəcəyim ən uğurlu, ən yaxşı tənqidçinin Zakir bəy olduğu qənaətinə gəldim.

Şairin yaradıcılığı ilə yaxından tanış olanlar kökü real həyata bağlı olan satira mövzusunun Onun qələmilə hansı yüksəkliyə qalxdığını, mühitin eybəcərliklərini ayna kimi necə əks etdirdiyini yaxşı  bilirlər. Ən əsası da odur ki, onlar, o satiralar əsarət, avamlıq zülmü kəskin tənqid ifşa etməkdə bu gün daha çox əhəmiyyətlidi. Bəzən adama elə gəlir ki, Allah bu insanı sanki ictimai çirkinlikləri ifşa etmək üçün yaradıbmış. Baş verənləri bütün eyibləri ilə açıb göstərmək, həqiqəti sənət dili ilə söyləmək üçün müxtəlif ədəbi yollar, vasitələr axtarması Onu elə bir zirvəyə qaldırıb ki, əbədiyaşar kəlməsi bunun yanında kölgədə qalır.

Həqiqəti örtülü şəkildə, hadisə əhvalatları başqa dövrdən məkandan bəhs edirmiş kimi, ustalıqla, təmsil, nağıl, rəvayət vasitəsilə elə söyləyib ki, bu nadir bacarıq bədii üsulların bəlkə ən gözəli idi desəm, yəqin ki, yanılmaram.

Q.Zakiri oxuduqca gülüşün, istehzanın islahedici qüvvəsinə adam bir daha inanır. O, müsbət fikirlərinin həyata keçməsində istehzanı çox fəal bir vasitə kimi qiymətləndirirdi. Bilirsiz bu nədən irəli gəlirdi? Ona görə ki, bəy zəhmətkeş kütlələrin arzularına uyğun görürdü, onların həm kədərini, qəmini, həm şadlığını da özününkü hesab edirdi. Satiranı əsla gülüş hədəfi kimi deyil, çox uca tuturdu.

Keçək mətləbə. Dünyanın harasında olursan ol, mədəni olmaq qədər yaxşı heç səni rahat edə bilməz. Mən ondan yaxşı heç tanımıram, bilmirəm. Bir sözlə mədəni, mərifət dolu insan görəndə, tanıyanda həmin günü sevindiyimdən az qalıram qol qaldırıb oynayam. Elə bir toxluq hissi yaranır ki, sanki dünyanın bütün nazı-nemətlərini dadıb doymuşam ...

Gələk digər bir mətləbə. Əyninə hicababənzər libası taxıb, qucağına da kimə məxsus olduğu dəqiq bilinməyən (bəzən həmin uşaqları elə həmin məqsəd üçün oğurlayırlar) körpə uşağı alıb, metro giriş-çıxışında əyləşən qadınlara. Məgər dövlətdən bir sığınacaq istəsələr onlara qalmaq üşün təklif olunacaq yer dolanışıq üçün alacaqları az-çox sosial yardım oturduqları o soyuq daş üstündən yaxşı deyilmi? Əlbəttə yaxşıdı, sadəcə onların niyyəti pisdi,  vərdişləri bunadı, bulunduqları o yaşam tərzini daha uyğun bilirlər. Kübarlıq hissi onlara yaddı, mədəni ola bilmirlər, əzilməkdən zövq alırlar. Bir sözlə, bərbad insan obrazı...

O ifadəni sevməsəm bildiyim qədər onların bir adı var, dilənçi. Bəli, məhz dilənçi. Bəzən qapılarımızı ehmalca döyürlər, bəzən yolda qəfil qarşımızda peyda olubsən balalarının canı, Allah yolunda kömək elədeyirlər. Biz istər-istəməz Allah adının xatirinə əlimizi cibimizə aparırıq, yardım etmək üçün. Bəzilərinin əyin-başları kirli, bəzilərini əli çəlikli görmək olur... Adətən müxtəlif xalqlardan olurlar, hətta inanmıram ki, təmiz türk oğlu türkdən olan dilənə bilə, bunu əsla qəbul edə, inana bilmirəm. 

Ehmallı, xəfif təbəssümlə, yaxud utana-utana əlini açıq şəkildə köksünə yaxın tutub yardım istəyənlər var. Belələri adətən rus, tatar xalqlarından olanlardı. Yəni ac olsalar da mədəni davranışlarını önə çəkirlər. Sanki, “diləndiyimə baxma, qürurum yerindədimesajını verirlər. 

Yer üzündə millətlərin, xalqların sayı çoxdu. Onların kiminə yaxşı, kiminə xoş olmayan saysız özəllikləri var. Almanların da həmçinin. Amma mənim bu xalqa rəğbətim var. Yəqin bunun keçmişimizlə sıx əlaqəsi var. Elə tarixə nəzər salanda da onların bizim elm mədəniyyətimizin inkafındakı töhfələrini görmək olur. Düşünürəm ki, hələ onlardan öyrəniləsi çox şeylər var...

Almaniyada Münhen (alm.München) adlı gözəl bir şəhər var. Berlin Hamburqdan sonra üçüncü ən böyük şəhərdi. Əhalisi cəmi 1,3 milyon olan bu şəhərİzarçayının sahillərində, Alp dağlarının ətəyində yerləşir. Şəhərin meşə zolağının girişində bir tablo var. Tabloda bir çox məlumat tipli yazılarla bərabər, belə bir ifadə keçir: “Əsl mədəniyyət ac, susuz, köməksiz qalanda üzə çıxır.”

Bəli, insanın ac-yalavac məqamında onun nəyə qadir olduğunu bilmək olur, əsl siması onda üzə çıxır.  Atam danışırdı ki, hələ İkinci Dünya Müharibəsi illərində yəhudi xalqlarından olan əsirlərin saxlanıldığı düşərgələrində oğurluq olmazmış. Deyirdi yemək oğurluğunun yəhudilər olan düşərgələrdə qeydə alınmaması onların bir xalq kimi aliliyini, mənəvi zənginliyini, harda olmasından asılı olmayaraq yüksək daxili zahiri mədəniyyətinin göstəricisidir. Rəhmətlik atamın dediyinə görə, hətta ölüm aclığına dözən yəhudi xalqı heç vaxt düşərgə dostunun yeməyinə göz dikməyib. Dediyim kimi, qürur, zəngin mənəviyyat buna yol verməyib.

Bəli, ölkəmizdə yaşayan xalqların çatışmayan, kasad cəhətləri məhz, həmin o qürur, o mədəniyyətin olmamasıdı. Bunları yazmaq belə, necə çətindi, bir bilsəniz... Bunlar pulnan alınan, maddi zənginliklə ölçülən şeylər deyil.

Demək istədiyim budur ki, paytaxt şəhərimizin insan sıxlığı olan yerlərində, küçələrində əl açıb, dil töküb dilənən soydaşlarımızla da, başqa xalqlardan olanlarla da, məsələn rus nənələrlə qarşılaşırıq. Bizimki sayılanlar, danışığı, dili, dərisinin, saçının rəngi (dəqiq deyil hardan gəlir kökləri, soyları) bizə bənzəyənlər adamın üstünə hücum edirmiş kimi, bəzən borcunu geri istəyirmiş kimi elə hücum edirlər ki, adam əsəbini zorla cilovlayır. Digər millətdən sayılanlarsa gediş-gəlişə mane olmadan, sakitcə bir küncdə əllərini irəli uzatmadan, elə köksündəcə tutub dururlar. Belələrini görəndə kaş dilənəndə mədəni dilənməyi bacaraydıq, deyirəm.

Çünki abırsızlıq, mədəniyyətsizlik insanı insanlıqdan çıxaran şeylərdi. Bizlər insan, fərd, xalq, millət olaraq, keçmiş çətinlikləri arxada qoyaraq, pillə-pillə inkişaf edib yaşadığımız əsrə çatmışıq. Daha gəlin, bəzi ünsürlərə görə mənəviyyatımızın korlanmasına yol verməyək. Bu bizi narahat etməyə bilməz. Ona görə ki, insan cəmiyyətdə formalaşır, ictimai münasibətlərə girərək fəaliyyət göstərir.

Biz bu cəmiyyətin bir üzvü, dövlətin vətəndaşı. nümayəndəsiyik. Təbii ki, burada baş verənlərin xarakterindən səviyyəsindən asılı olmayaraq, daha çox diqqətçəkən hadisələr bizi narahat edir, etməlidir .  Belə məsələlərə tənqidi yanaşmağımız çox vacibdi. Bütün bunlar hər birimizin maraq dairəsində, diqqət mərkəzində olmalı, ona biganə qalmamalıyıq. Sanki bəzən bu məsələlərə seyirçi münasibət bəsləyirik.

Artıq belə məsələlər bizi düşündürməli, səbəblərini həlli yollarını axtarıb-tapmalıyıq. Ya da ki, yeni bir Qasım bəy doğulmalıdır.

 

0.010699987411499