Çavuşoğlu Suriya görüşlərinin detallarını açıqladı

Çavuşoğlu Suriya görüşlərinin detallarını açıqladı
 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə bu gün Moskvada keçirilən dördtərəfli görüşdə iştirak edib.

Paralel.az xəbər verir ki, Çavuşoğlu görüşdən sonra sosial şəbəkə hesabından bununla bağlı məlumat verib.

O bildirib ki, tərəflər terrorla mübarizədə əməkdaşlıq, suriyalı miqrantların geri dönmələrinə dair hazırlıq işlərinin təmin edilməsini, siyasi prosesin gedişatını və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini müzakirə edib.

Günay

0.01343297958374