"6 yaşlı qız" həyatlarını kabusa döndərdi - Onlardan film çəkiləcək

"6 yaşlı qız" həyatlarını kabusa döndərdi - Onlardan film çəkiləcək
 

ABŞ-nin İndiana şəhərində yetkin bir qız olduğundan xəbərsiz olan ailə 6 yaşlı ukraynalı uşağı övladlığa götürüb.

Paralel.az “Posta” qəzetinə istinadla xəbər verir ki, 6 yaşında olduğunu düşündükləri uşaq əslində 22 yaşlı gənc qız olub.

Belə ki, Maykl və həyat yoldaşı Kristin Barnet 2010-cu il aprelin 26-da Nataliyanı övladlığa götürüblər.

Ailə övladlığa götürdükləri qızları Natalya tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.

384580

“Natalya pilləkənlərə düymə mismar yapışdırırdı. Biz pilləkənlərlə qalxarkən onların üstünə addımlayır və yaralanırdıq. Uşaqları da (bioloji) bıçaqlayacağı ilə hədələyirdi. Bir gecə gözlərimi açdım və Natalya əlində bıçaqla çarpayının yanında dayanmışdı. Kristinin qəhvəsinə kimyəvi maddələr tökərək zəhərləyib öldürməyə çalışırdı. "Nə edirsən" deyə soruşduqda “səni zəhərləməyə çalışıram” deyirdi. Media məni uşaq istismarçısı kimi təqdim edir, amma burada uşaq yoxdur. Natalya yetkin bir qadındır. Biz onu övladlığa götürəndən sonra heç böyümədi. O, hərəkət edən maşınlardan tullanırdı. Güzgülərə qan sürtürdü. O, balaca bir uşağın ağlına belə, gətirə bilməyəcəyi şeylər edirdi. Həkimlərin hamısı onun yalnız böyüklərdə aşkar olan ciddi ruhi xəstəlikdən əziyyət çəkdiyini söyləyirdilər”.

384577

Natalyanın doğum tarixinin 2009-cu il olduğu bilinirdi. Lakin “Marion County” Ali Məhkəməsinə təqdim edilən tibbi sübutlar onun 1989-cu ildə anadan olduğu qənaətinə gəlib.

Ailənin evinə girdikdən sonra onun zorakılıq hərəkətləri kiçik qızın yaşından şübhələnməyə səbəb olub. Ukraynada anadan olan Natalyanın 22 yaşında və cırtdan olduğunu aşkar edən ailə 2012-ci ildə qanuni olaraq yaşının 22-yə dəyişdirilməsi üçün vəsatət məhkəməsinə müraciət edib. 

Cütlüyün ərizələri qəbul edildikdən sonra onlar üç bioloji oğulları ilə birlikdə Kanadaya gediblər. İndiana şəhərində isə Natalya üçün mənzil kirayələyiblər. Onun gənc qız olmağına baxmayaraq ailə ikiqat səhlənkarlıqda günahlandırılaraq Natalyanı evdə tək buraxdıqlarına görə cinayət məsuliyyətinə cəlb ediliblər.

Yaşının qanuni olaraq dəyişdirilməsinə baxmayaraq, cütlük hələ də Natalyanın qəyyumu olduğu üçün ittiham olunur. Lakin əvvəlcə uşağa baxımsızlıq ittihamı ilə üzləşən cütlük Natalyanın yaşı rəsmən dəyişdirildikdən sonra bəraət qazanıb.

Qeyd edək ki, Natalyanın hekayəsi "The Curious Case of Natalia Grace" sənədli filminin mövzusudur ki, bu ekran işi üç hissədən ibarət olacaq.

Günay

0.10457515716553