Patriot "Kinjalı" vurdu!

Patriot
 

Pentaqon Ukraynada "Patriot"un "Kinjal" hipersəs raketini vurduğunu təsdiqləyib, Şoyqu isə bildirib ki, "Kinjalı" nə aşkarlana, nə də tutula bilməz”

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder Ukrayna hərbçilərinin ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemindən istifadə edərək Rusiyaya məxsus hipersəsli "Kinjal" raketini vurduğunu təsdiqləyib.

“Mən təsdiq edə bilərəm ki, onlar Patriot raketdən müdafiə sistemindən istifadə edərək Rusiya raketini vurublar. Bildiyiniz kimi, bu sistem ABŞ və beynəlxalq ictimaiyyətin Ukraynaya təqdim etdiyi daha geniş hava hücumundan müdafiə imkanlarının bir hissəsidir”, - deyə Pentaqonun sözçüsü bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk ötən həftə bildirib ki, “Patriot” sistemi mayın 4-nə keçən gecə Rusiyanın Ukraynaya endirdiyi zərbələr zamanı “Kinjal” raketini vurub. Komandirin sözlərinə görə, Rusiya ərazisindən MiQ-31K təyyarəsi tərəfindən atılan X-47 raketi Kiyev vilayəti üzərində vurulub.

Hücumdan sonra ilk gün Ukraynanın “Defence Express” portalı Ukrayna Silahlı Qüvvələrinin “Kinjal”ı vurması barədə ilk məlumat yayıb. Əvvəlcə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bu iddiaları təkzib edib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu yazılanlar barədə şərh verməyib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2022-ci ilin avqustunda Rusiyanın “Kinjal” hipersəs raketinin “nə aşkarlana, nə də tutula bilməyəcəyini” söylədi. A.Nəsirli,"Paralel.az"

0.077217817306519