ABŞ nefti ucuzlaşdı

ABŞ nefti ucuzlaşdı
 

"Paralel.az" xəbər verir ki, "Brent" markalı neft 0,52 dollar və ya 0,7% ucuzlaşaraq bareli 76,92 dollara, ABŞ-ın Qərbi Texas (WTI) nefti isə 0,49 dollar və ya 0,7% ucuzlaşaraq 73,22 dollara düşüb.

Bazar mənbələrinə görə, Amerika Neft İnstitutunun açıqladığı rəqəmlərdə tələbin zəifləməsinin mümkün əlaməti olaraq ABŞ-ın xam neft ehtiyatları mayın 5-də bitən həftədə təqribən 3,6 milyon barel, benzin ehtiyatları isə 399 min barel artıb.

Bu isə analitiklərin xam neft və benzin ehtiyatlarının azalması ilə bağlı gözləntilərini alt-üst edib.

Aprel ayında Çində daha aşağı xam neft idxalı və daha yumşaq ixrac artımı ilə bərabər ABŞ-ın neft ehtiyatlarının artımı qlobal neft tələbi ilə bağlı narahatlığı daha da çoxaldıb.

Şahnaz, "Paralel.az"

0.019459009170532