Aleksey Danilov - Moskvada “ginneslik” parad...

Aleksey Danilov - Moskvada “ginneslik” parad...
 

Paralel.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Moskvada keçirilən bugünkü paradı ələ salıb.

O, mayın 9-da Moskvada keçirilən “ən qısa hərbi parad”ın Ginnesin Rekordlar Kitabına daxil olması üçün Rusiyanın “ərizə təqdim etdiyini” bildirib.

"Moskvanın Qırmızı meydanındakı paradı təxminən 40 dəqiqə davam edib. Bu, 1941-ci ildən bəri ən qısa parad idi. Qorxaqlıq və qorxu paradı”.

Danilov iddia edib ki, paradı tez-tələsik yekunlaşdırmalarına səbəb “bunkerə mümkün qədər tez qaçmaq” istəyindəndir.

Ş.Salehqızı

 

0.013122081756592