Blinken: "Suriya ilə münasibətləri bərpa etmək niyyətində deyilik"

Blinken:
 

Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtması Vaşinqtonun bu ölkə hökuməti ilə münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinə təsir etməyəcək.

Paralel.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Birincisi, biz Suriyanın Ərəb Liqasına üzvlüyün bərpasına layiq olduğuna inanmırıq. Bu, bizim bütün regional tərəfdaşlara çatdırdığımız mövqedir, lakin onlar özləri qərar qəbul etməli olacaqlar. Bizim mövqeyimiz aydındır: biz Bəşər Əsəd hökuməti ilə münasibətləri normallaşdırmaq niyyətində deyilik”, - Blinken Vaşinqtonda Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransında bildirib.

Xatırladaq ki, Ərəb Liqası xarici işlər nazirləri mayın 7-də keçirdikləri növbədənkənar iclasda təxminən 12 illik fasilədən sonra Suriyanın regional təşkilata qaytarılmasını təsdiqləyiblər.

Paralel.az

0.02525782585144