Cinayət işi araşdırılan 98 saylı körpələr evi-uşaq bağçasının müdiri niyə işdən çıxarılmır?

Cinayət işi araşdırılan 98 saylı körpələr evi-uşaq bağçasının müdiri niyə işdən çıxarılmır?
 

Araşdırma zamanı körpələr evi-uşaq bağçasının müdiri Əliyeva Elnurə Fazil qızının qulluq mövqeyindən sui istifadə edərək, 2018-2022-ci illər ərzində külli miqdarda dövlət əmlakını mənimsəməsinə, bağçada təhsil alan uşaqların valideynlərindən pul yığımasına və işləməyən şəxslərə saxta əmək haqqı yazaraq, mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb istintaq davam edir.

Lakin, cinayət işinin başlamasından 4 ay vaxt keçməsinə baxmayaraq, Elnarə Əliyeva hələ də məsuliyyətə cəlb edilməyib, vəzifədən çıxarılmayıb, rüşvət almağa və cinayət törətməyə davam edir.

Görünür ki, Bakı Şəhər Təhsil idarəsi onu himayə edir. Bu qədər cinayətə yol verdiyinə baxmayaraq, Bakı Şəhər Təhsil idarəsi müdirinin 23. 01. 2023-cü il tarixli əmri ilə Elnarə Əliyevaya sonuncu xəbərdarlıqla, şiddətli töhmət verməsi dediyimizin sübutudur.

Halbu ki, Bakı Təhsil İdarəsi işdə nöqsanlara yol vermiş 18 məktəb direktorunu və 14 bağça müdirinin işdən çıxarmaqla, ictimaiyyəti təhsil sahəsində islahatlar aparılmasına inandırmağa çalışır. Paradoksal haldır ki, görəsən, işdən çıxarılan 18 məktəb direktoru və 14 bağça müdiri hansı bağışlanmaz nöqsanlara yol veriblər ki, onlar işdən çıxarılır, amma ağır cinayətlər törədən 98 saylı bağçanın müdiri Elnurə Əliyevaya şiddətli töhmət verməklə, bağça müdiri vəzifəsində saxlanılır?

98 saylı bağçanın müdiri Elnurə Əliyevanın doğma qardaşı Dadaşov Vasif Məhamməd oğlu (Vasif Dadaşov anasının 1-ci ərindən olduğu üçün atasının adı fərqlidir) 10 ilə yaxındır ki, baxçada guya dalandardır, amma işi isə bacısı başqa şəxsələrə gördürür, Vasif isə havayı əmək haqqı alır. Bacısı bağça müdiri olan qardaşın dalandar kimi həyət süpürüb, zibil daşımasına inanırsınızmı?

Elnurə Əliyevanın dalandar vəzifəsində çalışan qardaşı Vasif Dadaşov CİP markalı xarici avtomaşın minir. Sizdən soruşuram, cənab Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri, tabeçiliyinizdə olan təhsil müəssisələrində neçə nəfər CİP markalı xarici maşını olan dalandar var?

Başqa bir sual: bağçada 2 paltaryuyan ştatı olduğu və əmək haqqı verildiyi halda, niyə valideynlər uşaqların paltarlarını aparıb evdə yuyurlar? Bakı Təhsil İdarəsi bağça müdirinin 2 ştat əməkhaqqını mənimsəməsinə niyə göz yumur? Bəlkə, şərikdirlər?

Valideynlərin bildiyi, hətta çoxlarına bəlli olan bu cinayət faktlarını araşdırmaq və bağça müdiri Elnurə Əliyevanı ifşa etmək Bakı Təhsil İdarəsinə nə maneə olur?

Şahnaz

Paralel.az

 

0.031471967697144