Bəzi icra başçılarının xoşagəlməz hərəkətə yol verdiyi deyilir...
Məlum olduğu kimi ölkə Prezidenti 2023-cü ili "Heydər Əliyev ili" elan edib.
Yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi böyük təntənəli keçir.
İlin əvvəlindən ölkəmizin hər yerində "Heydər Əliyev ili" ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Müstəqil Azərbaycan dövlətinin qurucusunun yubiley tədbirləri hər bir rayonda, idarə, müəssisədə, təhsil ocaqlarında yüksək səviyyədə qeyd olunur, yubilyarın həyat və fəaliyyəti barədə konfranlar, simfoziumlar keçirilir, filmlər nümayiş etdirilir.
Təəssüflə qeyd edək ki, ölkəmizin hər yerində yüksək səviyyədə keçən yubiley tədbirindən bəzi rayon rəhbərləri sui-istifadə edib, gəlir əldə etmələri barədə cəmiyyətdə mənfi məlumatlar dolaşır.
Məsələn, Bakının Yasamal, respublikanın kənd rayonlarından İmişli, Sabirabad, Salyan, Masallı və Beyləqan rayonlarından bu cür xoşagəlməz hallar barədə xəbərlər gəlir.
Mirdaməd