Priqojin: “Vaqner” Baxmutda yerini “kadırovçu”lara verir

Priqojin: “Vaqner” Baxmutda yerini “kadırovçu”lara verir
 

Mayın 10-dan etibarən Baxmutda “kadırovçu”lar olacaq

“Vaqner” döyüşçüləri  mayın 10-da  Baxmutu tərk edərkən həmin yeri “kadırovçu”lara təhvil verməyi planlaşdırır.

 “Paralel.az ” xəbər verir ki, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojinin  mətbuat xidməti məlumat yayıb.

Priqojin deyib ki, guya o, Baxmutdakı silahlılarının mövqelərini Çeçenistan rəhbəri Ramzan Kadırovun əsgərlərinə təhvil verəcək.

“Mən Ramzan Axmatoviçə  Baxmutdakı mövqelərimizdə bizi əvəz etməyə hazır  olduğuna və oradakı bütün  resursları  almağa hazır olduğu üçün təşəkkür edirəm.  Artıq onun nümayəndələri ilə əlaqə saxlayıram ki, dərhal mvöqelərimizi tutmağa başlasınlar.  Dəqiq hesablamalaırmıza görə, mayın 10-u, saat 00:00-da bütün  döyüş potensialımızı tam tükənəcəyimiz anda, döyüş yoldaşlarımız yerlərimizi tutaraq Baxmut qəsəbəsinə hücumu davam etdirəcəklər”, - deyə Priqojin bildirib.

Hərbi ekspert  Oleq Jdanov isə hesab edir ki, Priqojin bu cür bəyanatlarla müəyyən qədər siyasi dvident qazanıb, ən azı bir neçə silahlısını xilas etməyə çalışır. 

 Ekspertin fikrincə, Priqojinin bu oyunu Rusiyadakı hakim siaysi elitadakı hakimiyyətdaxili çəkişmələrin təzahürüdür: “ Bu çəkişmələr onu deməsə əsas verir ki, Rusiya  daxilində vəziyyət çox pisdir”.Digər hərbi ekspert Roman Svitan “kanal24”də açıqlamasında qeyd edib ki, 9 maydan sonra Baxmutubub ruslar üçün elə bir əməiyyəti qalmayacaq. “Onlar orada gündə mənasız yerə yüzlərlə hərbçisini itirməyə heş bir məna  görmür”, - o  bildirib.

 Mürtəza
Paralel.az

0.013146877288818