Çingiz Aslanovun dəfnini 
Mədəniyyət Nazirliyi öz üzərinə götürdü

Çingiz Aslanovun dəfnini Mədəniyyət Nazirliyi öz üzərinə götürdü
 

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Paralel.az  xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Onun nəşi bu gün saat 14:00-da Təzə Pir məscidindən qəbiristanlığa yola salınacaq.

Məsələ Mədəniyyət Nazirliyinin diqqətindədir, dəfnlə bağlı bütün məsələlər üzrə nazirlikdən kömək göstərilib: “Məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir”.

Ş. Salehqızı

0.033225059509277