ABŞ və Qərb Qarabağa görə İrəvana təzyiq göstərir ki... - Xaçikyan

ABŞ və Qərb Qarabağa görə İrəvana təzyiq göstərir ki... - Xaçikyan
 

"Birləşmiş Ştatlar bəzi təkliflər verəcək, Ermənistana müəyyən təzyiqlər göstərəcək. Bu barədə "Wall Street Journal" qəzeti yazıb. Aydındır ki, onlar ermənilərə təzyiq göstərəcək ki, Qarabağı Azərbaycanın tərkibində qalmasına razı salsınlar. Sonra isə növbə rus sülhməramlılarının çıxarılmasına və Rusiya hərbi bazasının bağlanmasına gələcək”.

Paralel.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru Artur Xaçikyan deyib. 

O bildirib ki, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı Qərbin təkliflərinin olmaması İrəvanın diplomatiyasının uğursuzluğunun əlaməti sayıla bilər: "Ancaq bəzi məlumatlara görə, Ermənistana aydın təkliflər təqdim olunub və indi danışıqlarda etnik azlıqların hüquqları müzakirə olunur, yəni Qarabağın Azərbaycana verilməsindən (qaytarılmasından) söhbət gedir".

Ötən gün Nikol Paşinyan parlamenti əmin edib ki, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı Qərbdən heç bir təklif daxil olmayıb.

"Təkliflərin olmamasından danışmaq absurddur. Bu cür bəyanatlar rasional deyil, onlara münasibət bildirmək də mümkün deyil. Təbii ki, Ermənistan və Azərbaycan danışıqlar aparır və təbii ki, təkliflər var. Onlar bu barədə danışmaq istəmirlər. Lakin Qarabağın təslim olması (qaytarılması) ilə bağlı danışıqların getdiyi göz qabağındadır", - o deyib. 

Xaçikyan bildirib ki, həm Moskva, həm də Vaşinqton üçün Azərbaycan nefti və qazı ilə Ermənistandan daha çox çəkiyə malik olduğundan, Türkiyənin hərbi-strateji potensialı onlar üçün əhəmiyyət kəsb edir.

0.016899824142456