"Azərxalça" QSC-də optimallaşdırma davam edir - QSC-nin sədri

 

 

Bunu Paralel.az a açıqlamasında QSC-nin sədri Emin Məmmədov deyib.

O bildirib ki, şirkətin məsrəfləri aşağı salınır və xərclərə qənaət olunur: "Satışlarımız isə dəfələrlə artır".

E. Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan xalçaları artıq beynəlxalq onlayn platformalardan biri olan "Shopify"da satışa çıxarılıb: "ABŞ mərkəzli bu platformada xalçalara daha çox tələb var. Məqsədimiz Azərbaycan xalçalarını daha çox insanın görməsi və almasıdır. Bu platforma həmçinin logistikanı təmin edir və xalçalar müxtəlif ölkələrə çatdırılır".

Şahnaz
Paralel.az

0.016035795211792