"Respublika Klinik Xəstəxanasında xəstələrdən rüşvət alınır" - Jurnalist araşdırması

 

Respublika Klinik Xəstəxanasında müalicə olunan xəstələrdən rüşvət alınması barədə Paralel.az-ın elektron poçtuna son zamanlar xeyli şikayət məktubu daxil olub.

Xəstəxanadan şikayətlər çox olduğuna görə, tibb ocağının fəaliyyətilə bağlı araşdırma aparmaq qərarına gəldik.
Araşdırma nəticəsində məlum oldu ki, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov 2022-ci ilin dekabr ayında TƏBİB tərəfindən təyin olunub.
Onu da öyrəndik ki, E.Qasımov təyinatından əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.

Direktorun əvvəl işlədiyi institudakı fəaliyyətilə maraqlandıq. Məlum oldu ki, pis işləməyib, amma onun Respublika Klinik Xəstəxanasında dərin kök atmış olduğu xəstələr tərəfindən etiraf olunan rüşvətxorluğu aradan qaldıracağına inanmaq çətindir.
Araşdırma zamanı hematoloji xəstəlikdən əziyyət çəkən və dəfələrlə Respublika Klinik Xəstəxanasında müalicə alan Ziyafət Abbasovanın xəstəxanada rüşvətxorluğun geniş yayılması haqqında yaydığı video materiallarlla da tanış olduq.

Araşdırmanın mükəməl olmasını təmin etmək məqsədilə əməkdaşımızı xəstə qismində direktoru yenicə dəyişdirilmiş Respublika Klinik Xəstəxanasına pasiyent göndərdik. Xəstəxananın baş həkiminin müavini və həkimlərlə görüşən zaman, müayinə və müalicə üçün əməkdaş-xəstədən rüşvət verməsi tələb olundu.

Araşdırmanın yekunu olaraq, təsdiq olundu ki, Respublika Klinik Xəstəxanasında yeni direktor təyin olunmuş Elviz Qasımov rəhbərlik etdiyi ötən 5 ay ərzində xəstəxanada rüşvətxorluq hallarının geniş yayılmasının qarşısını hələ də ala bilmir.

Şahnaz Salehqızı

0.014160871505737