Suriyalı qaçqınlar öz ölkələrinə getməmək üçün üsyana qalxdılar - VİDEO

Suriyalı qaçqınlar öz ölkələrinə getməmək üçün üsyana qalxdılar - VİDEO
 

Livan hökumətinin təşəbbüsünə qarşı çıxan minlərlə suriyalı küçələrə axışıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Livanda yaşıyan 1,5 milyon suriyalı vətənlərinə qayıtmamaq üçün dövlətə müqavimət göstərib.

Belə ki, 6 milyon əhalisi olan Livanda artan iqtisadi böhran və cinayət nisbətləri səbəbindən hökumət onları ölkələrinə göndərir.

Ordunun zorla ölkələrinə göndərmək istədiyi qaçqınlar üsyan edərkən onların bu cəhdi Livan ordusu tərəfindən çətinliklə aradan qaldırılıb.

Xatırladaq ki, dünyada adambaşına ən çox qaçqına ev sahibliyi edən Livanda prezident Mişel Aun ötən ilin son aylarında suriyalıları ölkələrinə göndərməyə başlayacaqlarını açıqlamışdı.

0.015905141830444