Bir neçə PUA Krım və Sevastopola hücum edib

Bir neçə PUA Krım və Sevastopola hücum edib
 

Ukrayna Silahlı Qüvvələrinin (UAF) bir neçə pilotsuz uçuş aparatı Krım və Sevastopola hücum edib.

Paralel.az xəbər verir ki, bu barədə Krımın "rəhbəri" Sergey Aksyonov Teleqram kanalında danışıb.

Onun sözlərinə görə, Krım və Sevastopol hücumları paralel olaraq həyata keçirilib. 

"Rusiya hava hücumundan müdafiə sistemləri PUA-lardan birini vura bilib, ikincisi isə radioelektron vasitələrlə yatırılıb", - o deyib.

Aksyonov bölgə sakinlərini sakit olmağa və yalnız hakimiyyətin rəsmi məlumatlarına inanmağa çağırıb.

Moskva vaxtı ilə səhər saat 5 radələrində Sevastopol qubernatoru Mixail Razvojayev bildirib ki, Kazaçya buxtası mikrorayonunda yanacaq çəni yanıb.

Ukrayna Silahlı Qüvvələrinin bölgələrə hücum etmək üçün sonuncu cəhdi aprelin 24-nə keçən gecə, Ukrayna hərbçiləri Sevastopola dəniz pilotsuz təyyarələri göndərən zaman baş verib. Daha sonra yerüstü pilotsuz təyyarələr şəhər buxtasına soxulmağa çalışıb, lakin onlardan biri məhv edilib, ikincisi isə özünü partladıb.

Dəniz dronlarının məhv edilməsi zamanı baş verən partlayış videoya çəkilib . Partlayış dalğası yaxınlıqdakı bir neçə evin pəncərələrini sındırıb. Şəhər rəsmiləri yerli sakinlərə dəyən ziyan hesablandıqdan sonra dəymiş ziyanı aradan qaldıracaqlarına söz verib.

0.018120050430298