İcra başçısı ağacları kəsib yerində obyekt tikdirir - Araşdırma
Yasamalda ağacların soyqırımı davam edir
Paytaxtı nə qədər tərifləsək də, Dənizkənarı bulvardan başqa, şəhərin əksər ərazisində real durumu ürəkağrıdıcıdır. Onsuz da hədsiz azlıq təşkil edən ağacların qırılması Bakıda yaşayan hər bir insanın faciədir.
Təbiətin insana bəxş etdiyi ekoloji həyat şəhər əhalisinin, xüsusən rəhbər vəzifə tutmuş məmurun ağılsız hərəkəti nəticəsində məhv edilir.
Hazırda dünya qarşısında duran ən vacib problemlərdən biri yer üzünü bürümüş ekoloji fəlakətin qarşısını almaqdan ibarət olduğunu hər kəs bilir. Belə şəraitdə şəxsi qazanc naminə Bakıda azlıq təşkil edən yaşıllıqları məhv edən məmurları normal insan qəbul etmək çətindir.
Azərbaycanda, xüsusən Bakıda ekoloji fəlakət həddini çoxdan aşıb. Dövlət ekoloji fəlakətin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər nazirliyini təsadüfən yaratmayıb.
ETSN barədə tək bir kəlmək demək olar ki, nazirliik ona həvalə olunmuş vəzifənin öhdəsindən gəlmir. Əksinə, meşələrin və digər təbii sərvətlərimizin qorunması, bəslənməsi əvəzinə, rüşvətlə satılması ilə məşğuldur.
Bu nazirlik mənfi fəaliyyətinə, meşələrin mebel istehsal edən şirkət sahibləri tərəfindən qırılıb məhv edilməsinə, iri mədənlərin, idarə, müəssisə və təşkilatların suyu və havanı çirkləndirməsinə, yeraltı və yerüstü sərvətlərin gerizəkalı məmurlar tərəfindən talan edilməsinə, şəxsi maraq naminə göz yumruğuna görə, daim ölkə mətbuatda tənqid olunması təsadüfi deyil.
Amma mediada dərc olunan tənqidlərdən nəticə çıxarmayan ETSN-nin hazırkı nazir Muxtar Babayevin normal rəhbər olması barədə bir kəlmə belə, söz demək mümkünsüzdür.
ETSN-də nazirlər dəyişir, lakin Azərbaycanda ekoloji fəlakət dərinləşməkdə davam edir.
Bakı şəhərində baş verən yaşıllıq soyqırımı o həddə çatıb ki, əhalini oksigenlə təmin edən, yayın istisindən qoruyan, havadakı toz hissəciklərini zərərsizləşdirən ağaclar hər gün insafsızcasına qırılır. İnsanların sıx yaşadığı yerlərdə ağaclardan azad olunan ərazilərdə market, mağaza və digər təbiəti zəhərləyən, nəfəs almaq üçün zəruri olan havanı korlayan obyektlər tikilir.
İnsanlar Bakıda bu cür baş verən ağacqırma vandalizm hallarına şikayət məktubları ilə etiraz edir, aksiya keçirir, ETSİN-nə şikayət ünvanlayır, amma nazirlikdə bu şikayət və etirazlara baxan yoxdur.
Bakının ən çox ağac kəsilən, ağacların yerində çoxmərtəbəli hündür binalar və müxtəlif obyektlər tikilən rayonları arasında Yasamal rayonu ön sırada dayanır.
Yasamal rayonunun ərazisində yaşıllıq zolağını təşkil edən ağaclar 15 il Hacıbala Abutalıbovla İbrahim Mehdiyevin, 2 il Əziz Əzizovun və son 3 il yarımda isə icra başçısı Elşad Həsənovun rüşvət və korrupsiya əməlinin qurbanına çevrildiyini əhalinin dilində hər gün səslənir.
Əslində, Azərbaycanda və Bakıda ağacların soyqırımı bütün dövrlərdə olub. Bu soyqırıma qarşı ciddi mübarizəni mütəşəkkil və ardıcıl aparan yeganə dövlət başçısı mərhum Ümummilli lider Heydər Əliyev olub. Hazırkı prezident İlham Əliyev nazirliyə və icra başçılarına bu istiqamətdə ciddi tapşırıqlar versə də, həmin tapşırığa heç bir məmur əməl etmir.
Məsələn, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovun rayon ərazisindəki ağacları kütləvi qırıb, yerində çoxmərtəbəli bina və müxtəlif obyektlər tikilməsinə icazə verməsindən xəbəri olmamasına inanmaq mümkün deyil.
Yasamalda ağacların kütləvi qırılması nətcəsində ekoloji tarazlığın pozulması barədə mətbuatda dəfələrlə tənqidi yazılar dərc olunmasına baxmayaraq, icra başçısı Elşad Həsənov rayondakı ağır ekoloji durumu yaxşılaşdırmaq üçün heç bir tədbir görmür.
Fəaliyyətsizliyi ilə 300 min əhalisi olan Yasamal rayonunu ölkə prezidentinin əleyhinə qaldıran icra başçısı həbs olunan məmurların aqibətindən doğru nəticə çıxarmır.
Abbas