Mənim gülüm, çiçəyim - Şahlar Hacıyev

Mənim gülüm, çiçəyim - Şahlar Hacıyev
 

Evimizin cüt dirəyi,
Biri Elşad , biri Murad,
Dünyamızın gələcəyi
Göyü Elşad , yeri Murad.

Evim, bağım , barım mənim,
Nəvədən nübarım mənim.
Dənizim, dağım, çəmənim.
Araz Elşad ,Kürüm Murad.

Elşad bilir çoxlu şeir,
Murad " Turpun nağlı"n deyir.
İkisi də rəsm çəkir;
Dağı Elşad, Şiri Murad.

Baxma əziz qardaşdılar,
Nadinclikdə də başdılar.
Bir də gördün tutaşdılar ;
Çəkil Elşad ! Geri Murad !

Mənim canım, ciyərparam !
Kölgənizdə mən də varam.
Sizinçün şeir yazıram,
Dayan Elşad , kiri Murad !

Murad məndən bir gün "böyükdür". Yəni aprelin 21- i o anadan olub, 22 - si mən. İndi beş yaşı var. Murada başqa bir ad da qoymuşduq.
İki il bundan qabaq , 3 yaşında olarkən iki ay gəlib rayonda yanımızda qaldı . Aşiq olmuşdu ustalıq etdiyim alətlərə . Əlindən ala bilmirdik. Çəkici , atvyorkanı bir dəqiqə əlindən qoymurdu. Səhər yuxudan duran kimi başımın üstünü kəsdirirdi .

- Baba , gedək bir " danq" eləyək?
Axşama kimi döyüb , əyib , sındırmadığı yer qalmırdı. Adını qoymuşduq- DANQULİ"

0.015239000320435