Təqvimdə rəngi qırmızı olan tarix - 9 May qələbə günü

Təqvimdə rəngi qırmızı olan tarix - 9 May qələbə günü
 

Qəhrəmanlıq bizə tarixin dərin qatlarından gəlir. Xalq olaraq qəhrəman doğulmuş Tomrislər, Babəklər,  Cavanşırlər yetişdirən millət olmuşuq. Sayı çox, vətənpərvərlik nümunəsi olan, bir qarış torpağının belə, düşməndə qalmasına razı olmayan şəxsiyyətlər yetişdirib coğrafiyamız.

Tarixdən bilirik, elə Vətən fədailəri olub ki, ölümün gözünə dik baxıb, canından keçib, torpağından keçməyib, tarixin yaddaşına, təqvimə həkk olublar.

beləliklə, təqvimdə qırmızı  rənglə qeyd olunmuş tarixlər yaranıb. Adətən bu rəngdə qeyd olunan tarixlər qələbə ilə bağlı olur. Qanlı savaşlardan, müharibələrdən sonra tarixə qızıl hərflərlə yazılan elə günlər var ki, illər, əsrlər, qərinələr keçsə , həmin tarix dəyişməz olaraq qalır. Çünki o tarix təqvimə saysızhesabsız itkilərin hesabına düşüb. Tarixdə itkisiz qələbənin olduğunu xatırlamıram. Savaşları dəhşətli edən elə həmin itkilərdi. Ki, 50 milyon itkilə qələbə tarixini yaddaşlara yazdı İkinci Dünya müharibəsi.

Bir əsr içində bəşəriyyətin iki dünya müharibəsi ilə üz-üzə qalması, acgöz dövlətlərin, torpaqdan, sərvətdən nəfsi doymayan insanların, dünyanın yenidən bölüşdü-rülməsi uğrunda apardıqları mübarizəninbəhrəsiydi”.  

İki nəhəng hərbi ittifaq arasında cücərmiş narazılıq toxumları Birinci Dünya müharibəsinə gətirib çıxartmışdı. Bu ağılsız mübarizə Almaniya Böyük Britaniya arasında idi.

Lakin bugünki mövzumuz birinci dünya müharibəsinə aid olmadığı üçün, bu barədə geniş danışmadan, keçid alıram ikinci dünya müharibəsinin bəşəriyyətə vurduğu ziyanların şərhinə.

İkinci  Dünya müharibəsi XX əsrin ən dəhşətli səhifəsi kimi, bizim üçün çoxlu qurbanlar hesabına qələbəylə başa çatdı. O qələbə ki, dünyada misli görünməmişdi Rusiya ilə yanaşı faşizmə qarşı qalxan digər xalqlar üçün önəmli idi. 

İkinci  Dünya müharibəsi 1939-cu il  sentyabrın 1- faşist Almaniyasının Polşanı işğal etməsi ilə başladı. Bu müharibə burada iştirak edən dövlətlərin sayına görə eyni zamanda müharibənin gediş qaydalarına hərbi texnikanın gücünə görə Birinci Dünya müharibəsindən ağır dəhşətli idi. O illərdə,  İtaliya Almaniya nasistləri nəinki öz ölkəsinin insanlarını, eyni zamanda bəşəriyyəti təhlükə içində qoymuşdu.

Bu dövlətlərin 1941-ci ilin iyun ayının 22- SSRİ- hücumu Böyük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Faşizmin Kommunizmlə döyüşməsi, SSRİ-nin tərkibində olan Azərbaycanı da bu müharibəyə qoşulmaq məcburiyyətində qoymuşdu. Adı tarixdəBöyük Vətən Müharibəsikimi həkk olunmuş bu savaşda, Azərbaycan xalqı həm ön cəbhədə, həm arxa cəbhədə çalışırdı.

1945-ci il mayın 8-dən 9-na keçən gecə, alman generalı Vilhelm Keytelin danışıqsız təslim aktını imzalaması, faşizmin süqutuna səbəb olan bir tarix kimi yaddaşlara həkk olunub.

Əminliklə deyə bilərik ki, SSRİ-nin faşizm üzərində qələbəyə nail olmasının 80% -  Bakı neftinin payı var. Bunu sübut etmək üçün yalnız belə demək kifayətdir ki, yanacaqla işləyən hərbi texnikanın 90 faizi Bakı yanacağı ilə işləyib.

İkinci Dünya müharibəsinin bu faktorları Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli bir xalq olmasını bir daha sübut edib. Həmin illərdə Respublikamızda iqtisadiyyatın əldə etdiyi resursları bütünlüklə cəbhəyə yönəltmək dövlətin, xalqın qarşısına qoyduğu ən ümdə məqsədi idi.  Müharibə üçün vacib olan vəsaitlərin hazırlanması üçün, bu vasitələri hazırlayıb, yaradıb ərsəyə gətirən zavod, fabrikləri daim işlək vəziyyətdə saxlamaq, qısa müddətdə Bakını ordunun ən mühüm cəbhəxanasına çevirmək, böyük çətinliklər bahasına gəlsə , bu çətinliklərə sinə gərən, ağır məsuliyyəti çiynlərində daşıyan insanlar vəzifələrinin öhdəsindən layiqincə gəliblər.

 Azərbaycanın tarixində ən çox istehsal olunan neft 1941-ci ilə təsadüf edir. Bu tarixdə istifadəsi 23 milyon tona çatanqara qızılSSRİ-nin  tələbatının 71%-ni ödəyirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin başqa neft məhsulları veriblər.

Onu da qeyd etmək yerinə düşər ki, SSRİ-nin hərbi hava qüvvələrinə benzin vermək üçün Akademik Yusif Məmmədəliyevin səyi nəticəsində yeni texnologiya yaradılıb. Qafqazdan Berlinə qədər keşməkeşli müharibə yollarında göstərdikləri qəhrəmanlıqlara, şücaətlərə görə Azərbaycan əsgər zabiti SSRİ-nin müxtəlif orden medalları ilə təltif edilib.

 İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq olmuş Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

 Azəbaycan legionu...

 Azərbaycanın milli müstəqilliyinin qazanılmasına Almaniya hökuməti tərəfindən tanınması uğrunda əzmlə mübarizə aparan bu təşkilatın sayəsində, İkinci Dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərən, Azərbaycanın siyasi xadimlərinin xüsusi nüfuz sahibi olan hərbiçilərinin köməyi ilə minlərlə yurddaşının həyatı xilas olub.

Bu, bəlkə bir təsadüfdür ki, Legionun rəmzini simvolizə edən üç rəngli ay ulduzlu Şevron, Azərbaycan Respublikasının indiki bayrağı ilə eynilik təşkil edirdi. Bu təşkilatın, hərbi dəstənin yaradılmasında əsas məqsəd Azərbaycanın müstəqilliyini bərpa etmək idi. Hətta bunu könüllülərin şüarında da görmək mümkün idi.  Şüarda bu sözlər yazılmışdı - “Biz yalnız azadlıq üçün vuruşuruq bizi heç bir qüvvə saxlaya bilməz”.

Azərbaycan legionu Almaniyanın xarici hərbi hissələrindən biri olan Vermaxtının nəzdində yaradılıb. Müasir dillə desək, bu, A.Hitlerin ali baş komandanı olduğu Müdafiə Nazirliyinin tabeliyində olan bir diviziya idi. Türk-tatar əsirlərindən təşkil olunmuş belə legionların yaradılmasında səbəbkar olan bunu ideya kimi təklif edən türk generalı Hüsnü Əmir Ərkilət idi. Lakin bu ideyanın reallaşmasında Nuru paşanın da adını qeyd etmək mütləqdi.

Həmin illərdə əsirlərdən arxa ön cəbhədə orduya yardım məqsədi ilə istifadə olunurdu. Əsirlər özlərini əsirlikdə tam təsdiq etdikdən sonra legion kimi formalaşmağa başladılar almanların etimadını qazandılar. Almanlar onlari qisacaxiviadlandırırdılar. Bu sözhilfswilligesözünün qisa ifadə formasi idi. Tərcüməsi razılıqla faydalı görənlər, kömək edənlər, silah daşıyanlar anlamına gəlir.

Müharibə uzandiqcaxiviləronlar üçün təşkil olunan alman düşərgələrində təhsil alaraq könüllü legiona çevrildilər. Lakin bu prosesin ləng getməsinə səbəb, legionların, xalqların azadlığı uğrunda mübarizəsi, zəfər çaldlqları halda aid olduqları xalqın azadlığına nail olub öz müstəqil dövlətini yaradacağı amili idi. Bu amil almanlarda qorxu hissinə səbəb olurdu. Amma digər tərəfdən narazılıq isə legion rəhbərlərinin yetişdirdiyi qüvvələrdən imtina etmək demək idi. Nəticə etibarı ilə, nasistlər legion rəhbərlərinin tələbləri ilə razılaşmalı olurdular.

Azərbaycan legionerlərinin 1943- ildə Berlində,  Milli Azərbaycan Qurultayının keçirilməsi həmin dövr üçün mühüm tarixi hadisə idi. Bu qurultayda Azərbaycanın müstəqil dövlət olması fıkri xüsusi vurğulandıqdan sonra, nəhayət 1945-ci ilin martında Azərbaycan legionerlərinin böyük fəaliyyəti nəticəsində, Almaniya Azərbaycanın müstəqilliyini tanıyıb.

Bu gün Böyük Vətən müharibəsinin iştirakşılarını fəxrlə, qürurla yad edirik. Azərbaycan Respiblikasının prezidenti İlham Əliyevin hər il Böyük Vətən müharibəsinin veteranları onlara bərabər tutulan şəxslərə yardım məqsədi ilə imzaladığı sərancam, onlara diqqət qayğının nümunəsidir. Prezidentimiz tərəfindən bu şəxslərə göstərilən hərtərəfli qayğı onun öz təbirincə desək vacib amildir. Bir məsələni xüsusi qeyd etmək yerinə düşər ki, qələbə münasibəti ilə paytaxtda regionlarda bayram tədbirləri hər il dövlətimizin, xalqımızın, millətimizin adına layiq şəkildə keçirilir. Bu yolda sağlamlığını, gəncliyini fəda etmiş bu gün həyatda olan, yaşayan müharibə iştirakçısına maddi-mənəvi dəstəklər olur. Qəhrəmanların ailələri ilə görüşlər təşkil edilir.

 İki dəfə sovet ittifaqı qəhrəmanı adına layiq görülmüş tank qoşunları komandanı gener-mayor Həzi Aslanovun xatirəsinə ucaldılmış abidə ziyarət edilir.

 Postsovet məkanında digər müharibə iştirakçısı olan ölkələrdə hər il 9 May faşizm üzərində qələbə günü kimi qeyd olunur. Biz Paralelçilər olaraq, bu böyük tarixi zəfər münasibəti ilə, bütün müharibə veteranlarını qələbənin qazanılmasında əməyi olan hər bir kəsi təbrik edirik, bu yolda canını fəda etmiş insanlara Allahdan rəhmət, yaşayanlara isə can sağlığı arzu edirik! 

0.016829013824463