Mənim - Firudin Behzad

Mənim - Firudin Behzad
 

 

Hər kəsə açılıb oxunmadım ki,
Azım, bollucaydı yoxumnan mənim,
Hahaqdan qəlblərə toxunmadım ki,
Çox oldu qəlbimə toxunan mənim.
***
Gördüyüm yuxular tərsə yozuldu,
Dincliyim yox oldu halım pozuldu,
Çığırım, ləpirim, izim toz oldu
Elədi şipşirin yuxumnan məni,
***
Ruzigar əsəndə fərəhim itdi,
Doyumsuz nəfslər kürsüdə bitdi,
Zalım özü üçün inqilab etdi,
Acım, yarımadı toxumnan mənim.
***
Xoruzlar səhəri banlıyanmadı,
Xəsislər nəfsini danlıyanmadı,
Şeyxlər vicdaniyyət anlyanmadı,
Yayındı atdığım oxumnan mənim.
***
Behzadam, şeirimi ədalət bəzər,
Yazdığım sətirdə həqiqət gəzər,
Sözümə nadanlar ağzını büzər,
Onlar əl götürməz yaxamnan məmim.
"Paralel.az"

 

0.036747932434082