Britaniya Ukraynaya "Challenger 2" üçün mərmiləri təhvil verib

Britaniya Ukraynaya
 

Böyük Britaniya Ukraynaya "Challenger 2" tankları üçün bir neçə min mərmi təhvil verib.

Paralel.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Ceyms Hippi bildirib.

Nazir qeyd edib ki, bu mərmilərin bəzilərində tükənmiş uran var. Söhbət zirehdeşici mərmilərdən gedir.

Hippi əlavə edib ki, təhlükəsizlik səbəbi ilə Ukraynanın çatdırılan mərmilərdən istifadə edib-etməməsi barədə məlumat verməyəcək.

"Challenger 2" Britaniya Ordusunun əsas döyüş tankıdır, 1994-2009-cu illərdə istehsal edilib. Sursat yükü 52 mərmidir. Ümumilikdə Britaniya sənayesi bu modeldə 400-dən çox tank istehsal edib.

0.019150018692017