Koçaryan - "O qədər danışdınız ki, yollar bağlandı"

Koçaryan -
 

“O qədər danışdınız ki, yollar bağlandı”.

Bunu Ermənistan parlamentində “Vətəndaş müqaviləsi”nin üzvü Andranik Koçaryan jurnalistlərlə söhbətində deyib. O, Azərbaycanın Qarabağda Həkəri çayı körpüsü yaxınlığında nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

“O yoldan xəbəriniz var idi? O yolun necə istifadə edildiyini heç bilirdinizmi? O qədər danışdınız ki, o yol da bağlandı. Halbuki, o yol istifadədə idi. Siz bunu yaxşı bilirdiniz. Həmişə soruşurdunuz ki, yollar bağlıdır, bəs Qarabağa necə gedib çatırlar? Həmin o yolla gedirdilər Qarabağa, indi o da yoxdur.

Sakit olun, bütün bağlı yollar bir gün açılacaq. Açıq yollar belə, anlayış olmasa, bir gün bağlanır. Mənə “120 minlik” Qarabağ əhalisinin yerini göstərmək lazım deyil. Mən onların yerini o vaxt da bilirdim və indi də bilirəm. Onların arasında çoxlu dostlarım var”, – deyə o, jurnalistlərə əsəbləşib.

Xatırladaq ki, Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadə etməsi və bunun nəticəsində təhlükəsizlik təhdidləri səbəbindən iki ölkənin sərhədində sərhəd-keçid məntəqəsi yaradıb.

0.018395900726318