Sülhməramlıların komandanı dəyişir – Yeni rəhbər kimdir?

Sülhməramlıların komandanı dəyişir – Yeni rəhbər kimdir?
 

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin rəhbərinin dəyişdiriləcəyi bildirilir.

Paralel.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Məlumata görə, Rusiya hakimiyyəti sülhməramlıların komandiri Aleksandr Volkovdan narazıdır.

Mətbu orqan mənbəsinə istinadən həmin şəxsin rütbəsini də açıqlayıb

“Yeni komandir rütbəcə general-polkovnikdir, Rusiya müharibələrində iştirak edib. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb”, - deyə məqalədə qeyd edilib.

Onun yaxın günlərdə Qarabağa gələcəyi bildirilir.

0.020256042480469